Suriyanın ötən ilin dekabrında devrilmiş diktatoru Bəşər əl-Əsədin
adamları bu ölkədə on minlərlə potensial döyüşçülərə milyonlarla
dollar ötürürlər.
Məqsəd yeni hökumətə qarşı üsyan qızışdırmaqdır. Bunu "Reuters"
agentliyinin araşdırması üzə çıxarıb.
Əsədin ailəsinə yaxın dörd nəfər onun Moskvada sürgün həyatı ilə
barışdığını deyiblər. Amma öz qardaşı da daxil olmaqla keçmiş
ətrafından bəzi yüksəkvəzifəlilər hakimiyyətin itirilməsi ilə hələ
də
barışmayıblar.
General mayor Kamal Həsən və milyarder Rami Maxluf Suriya və Livan
sahillərində ələvi azlığının üzvləri arasında silahlı dəstələr
formalaşdırmağa çalışırlar, - "Reuters" bildirir. Onların azı 50
min döyüşçünü maliyyələşdirməyə çalışdığı iddia olunur.
Əsədin qardaşı Mahir də Moskvadadır və minlərlə keçmiş əsgəri
nəzarətdə saxlayır. Amma Əsədə yaxın dörd nəfər onun pul, yaxud
göstəriş vermədiyini deyiblər.
14 komandanlıq otağı
Əsədin hakimiyyətinin sonuna yaxın Suriya sahillərində 14 yeraltı
komandanlıq otaqları tikilibmiş və Həsənlə Maxlufun onları,
həmçinin silah ehtiyatlarını idarə etdiyi bildirilir. "Reuters"
həmin gizli otaqları fotolarda gördüyünü qeyd edir.
Həsən Əsədin hərbi kəşfiyyat rəisi olub. O, yorulmadan komandirlərə
və müşavirlərə zənglər edir, səsli mesajlar göndərir.
Əsədin xalası oğlu Maxluf isə vaxtilə vətəndaş müharibəsi vaxtı
diktatoru maliyyələşdirmək üçün biznes imperiyasından istifadə
edib. İndi isə söhbətlərdə və mesajlarda hakimiyyətə qayıdacağını
bəyan edir.
"Reuters" Həsən və Maxlufdan açıqlama ala bilməyib. Bəşər və Mahir
Əsədlə də əlaqə yaratmaq mümkün olmayıb.
Araşdırmada deyilir ki, Həsən və Maxluf Suriyanı parçalanmış
vəziyyətdə görür, hər ikisi ələvi azlığının yaşadığı hissələrə
nəzarət istəyir. Onlar rəqib qüvvələrin formalaşmasına milyonlarla
dollar xərcləyirlər, köməkçiləri isə Rusiya, Livan və BƏƏ-də
yerləşir.
"Əsədin yerinə birini tapıb..."
Suriyanın yeni hökuməti isə onlara qarşı Əsədin başqa bir keçmiş
adamını çıxarır. Xalid əl-Əhməd adlı bu şəxsin vəzifəsi keçmiş
ələvi əsgərləri və dinc sakinləri gələcəklərinin yeni Suriyada
olmasına inandırmaqdır.
Hazırda Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraadır.
"Bu, Əsəd rejiminin hakimiyyət uğrunda mübarizəsinin
davamıdır. Rəqabət davam edir, məqsəd Əsədi məmnun etmək deyil, onu
yerinə birini tapıb ələvi icmasını idarə etməkdir", –
10 ildən çox dönəmdə diktaturanı öyrənmiş araşdırmaçı Ansar Şahhud
belə deyir.
Tartu sahil regiounun valisi Əhməd əl-Şami deyib ki, Suriya
hakimiyyəti planlardan xəbərdardır, onlarla mübarizəyə hazırdır. O,
komandanlıq otaqlarının mövcudluğunu da təsdiqləyib, amma
zəiflədildiyini vurğulayıb.
Livanın Daxili İşlər, Rusiyanın Xarici İşlər nazirlikləri şərh
verməyib. BƏƏ rəsmisi deyib ki, hökuməti ölkə ərazisindən istənilən
formada qanunsuz maliyyə axınına qarşıdır.
"Reuters" yazır ki, belə bir üsyan Suriyanın yeni hökumətinin
sabitliyini pozar. ABŞ, region ölkələri əş-Şaraanı dəstəkləyir.
İndilik üsyanın uğurlu olmaq şansı aşağıdır.
Həsən və Maxluf bir-biri ilə yola getmir. Onların Rusiyadan dəstək
almaq ümidləri azalır. Suriyadakı ələvilərin çoxu Əsədin dövründə
də əziyyət çəkib, indi də təzə ssenariyə bel bağlamırlar. Üstəlik,
yeni hökumət də onların planını pozmağa çalışır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.