Daxili İşlər Nazirliyinin Baş İnspeksiya əməkdaşları xidməti
səlahiyyətlərdən sui-istifadə faktı üzrə (Cinayət Məcəlləsinin
332-ci maddəsi) iki nəfəri saxlayıblar.
İstintaqla müəyyən edilib ki, Daxili İşlər Nazirliyinin Acarıstan
Muxtar Respublikasının Polis Departamentinin Şuaxevi rayon polis
idarəsinin rəisi dörd nəfəri ona məxsus şəxsi ərazidən külli
miqdarda taxta materialı oğurlamaqda ittiham edib. O, xidməti
səlahiyyətlərindən sui-istifadə edərək həmin şəxslərdən vurulan
ziyanın
ödənilməsini tələb edib, əks halda onları həbs etməklə
hədələyib. Sözügedən şəxslər bu hədələri real təhlükə kimi qəbul
ediblər və oğurluqda günahları olmadığı halda, məcbur qalaraq ona
böyük həcmdə taxta materialı təqdim ediblər.
İstintaq zamanı həmçinin müəyyən olunub ki, Daxili İşlər
Nazirliyinin Acarıstan Muxtar Respublikasının Polis Departamentinin
Şuaxevi rayon polis idarəsinin detektivlər bölməsinin rəisi
Acarıstan bölgəsində yerləşən “Qoderdzi” dağ-xizək kurortunda şəxsi
maraqları naminə, özünə məxsus kotteclərin tikintisi üçün xidməti
səlahiyyətlərindən sui-istifadə edib. Belə ki, göstərilən əraziyə
müxtəlif tikinti və meşə materiallarının təhlükəsiz daşınması
məqsədilə sistemli şəkildə xidməti avtomobillərdən istifadə edib,
bu işlərin görülməsini isə vəzifə səlahiyyətlərindən və nüfuzundan
sui-istifadə edərək tabeliyində olan əməkdaşlara tapşırıb.
Hüquq-mühafizə orqanlarının apardığı istintaq-əməliyyat tədbirləri
nəticəsində maddi sübut kimi xüsusilə külli miqdarda meşə materialı
götürülüb.
Əlavə hallarının müəyyənləşdirilməsi və hüquqi qiymətləndirmənin
dəqiqləşdirilməsi məqsədilə istintaq davam etdirilir.
{{AUDIO}}
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.