“Vəkillər Assosiasiyası”nın sədrini seçmək üçün ikinci tur
keçiriləcək.
İkinci turda iki namizəd — İrakli Çomaxaşvili və İrakli Qandaşvili
iştirak edəcək.
Seçkilərin ikinci turu növbəti 14 gün ərzində baş tutmalıdır.
14 dekabrda keçirilən seçkilərin birinci turunun yekun protokoluna
əsasən, İrakli Çomaxaşvili 1106 səs, İrakli Qandaşvili isə 1269 səs
toplayıb. Bu isə o deməkdir ki, namizədlərdən heç biri
qanunvericiliklə müəyyən edilmiş zəruri səs sayını — sadə çoxluğu
(50% + 1 səs) toplaya bilməyib.
Seçkilərdə ümumilikdə 2752 vəkil iştirak edib. Birinci turda qələbə
üçün 1376 səs lazım idi.
İcra Şurası, Etika Komissiyası və Reviziya Komissiyası artıq
seçilib.
İkinci turda ən çox səs toplayan namizəd seçilmiş hesab
olunacaq.
Eyni zamanda, Avropa yönlü aksiyalarda saxlanılan şəxslərin vəkili
olan İrakli Çomaxaşvili seçkilərə bir neçə saat qalmış sosial
şəbəkədə yazıb:
“Son bir həftə ərzində mənə və komandama qarşı çox
ağır, peşəkar etikaya zidd hücumlar aparılmasına baxmayaraq, ümid
edirəm ki, sabahkı seçkilər demokratik prinsiplərə tam uyğun
şəkildə keçiriləcək. Hamımız razıyıq ki, assosiasiyada
dəyişikliklər zəruri və qaçılmazdır. Dəyişiklik isə yeni komanda və
birliklə başlayır. Məhz bu prinsipə əsaslanaraq vurğulayıram ki,
qalib gəldikdən sonra ikinci müddətə namizədliyimi irəli
sürməyəcəyəm.”
“Vəkillər Assosiasiyası” və “Gürcü Arzusu” tərəfindən dəstəkləndiyi
deyilən namizəd İrakli Qandaşvilinin sözlərinə görə, “Vəkillər
Assosiasiyasının siyasiləşməsinə
heç kim nail ola bilməyəcək”.
Mediada yayılan məlumatlara əsasən, İrakli Qandaşvilini dəstəkləmək
üçün regionlardan hüquqşünaslar mikroavtobuslarla paytaxta
gətirilib.
Seçkilərin birinci turunda “Vəkillər Assosiasiyası”nın sədri
vəzifəsi uğrunda altı namizəd mübarizə aparıb: Nikoloz
Kvantrişvili, Qiorqi Mariamidze, Muxrani Kurtskaia, İrakli
Qandaşvili, İrakli Çomaxaşvili və Manuçar Çumburidze.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.