Ötən həftəsonu Belarusun avtoritar hökuməti 123 siyasi məhbusu əfv
edib. Vaşinqton isə Belarusdan gübrə ixracına sanksiyaları
qaldırıb.
Bu, Minskin illərlə təcriddən sonra Qərblə əlaqələri bərpa etmək
yönündə daha bir cəhdidir.
Əfv edilənlər sırasında 2020-ci il etirazlarının lideri Mariya
Kolesnikova, Nobel Sülh Mükafatı laureatı Ales Belyatski da
olub.
Belarus Rusiyanın Ukraynada 2022-ci ilin fevralında başlatdığı
tammiqyaslı işğalçı müharibəni
dəstəklədiyinə görə Qərbin
sanksiyalarına məruz qalıb. Son aylar bir neçə qrup siyasi məhbus
buraxılsa da, hələ yüzlərlə belə insan həbsdədir.
Dekabrın 13-də azad edilən siyasi məhbusların hamısı Belarusu tərk
edib. Kiyev onlardan 114-nün Ukraynaya çatdığını açıqlayıb.
Doqquzunun Litvaya göndərildiyi bildirilir.
Kolesnikovanın çağırışı
Kolesnikova Ukraynaya çatandan sonra Belarusdakı siyasi məhbusların
hamısının azadlığa buraxılmasına çağırıb.
"Hələ azad edilməyənlər barədə düşünürəm, hamımız azadlığa
çıxacağımız günü, bir-birimizi görəcəyimiz, qucaqlaya biləcəyimiz
anı səbirsizliklə gözləyirəm", – o deyib.
Belyatski Vilnüsdə AzadlıqRadiosu və digər media orqanlarına
"Mübarizəmiz davam edir" söyləyib.
"Fikrimcə, Nobel mükafatı fəaliyyətimizin,
niyyətlərimizin hələ nəticə verməməsinin etirafıdır, buna görə də
mübarizə davam edir", – o əlavə edib.
Belyatski 2022-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb, amma o,
2021-ci ildən həbsdədir.
Norveç Nobel Komitəsi onun azadlığa buraxılmasından "dərin rahatlıq
və sevinc" hisslərini bildirib, amma Belarusda hələ də azı 1200
siyasi məhbusun dəmir barmaqlıqlar arxasında qaldığı
vurğulanıb.
Trampın elçisinin Lukaşenkodan gözləntisi
Belarus dövlət mediası məhbusların ABŞ prezidenti Donald Tramp ilə
sövdələşmə nəticəsində əfv olunduqlarını bildirib. Vaşinqtonun
Belarus potaşına sanksiyaları qaldırdığı açıqlanıb.
2020-ci ilin qalmaqallı prezident seçkisindən bir il sonra ABŞ
Xəzinədarlığı Minskə genişmiqyaslı sanksiyalar tətbiq edib.
ABŞ prezidentinin Belarus üzrə xüsusi elçisi Con Koul deyib ki, o,
Belarus prezidenti Aleksandr Lukaşenko ilə bir sıra məsələləri
müzakirə edib: "Ukrayna və Rusiya arasında müharibə, Venesuela
haqda danışdıq". O, Lukaşenkonun Rusiya prezidenti Vladimir Putinlə
dostluğu fonunda Vaşinqtonun onun Kremlə təsir göstərməsini
istədiyini söyləyib. Bu barədə Belarusun "Belta" dövlət agentliyi
yazıb.
Koul deyib ki, Lukaşenko Ukraynada sülh danışıqlarında Putinin
mövqeyini dəyişə bilər.
"Prezident Putin məsləhət qəbul edə bilər... Bu,
prosesi asanlaşdırmağın bir yoludur", – elçi
vurğulayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.