Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiya siyahılarını
genişləndirib.
Blok ölkələrinin xarici işlər nazirləri dekabrın 15-də iclasda belə
bir qərar veriblər.
"Kölgə donanması" adlanan strukturda rolu olan beş fiziki və dörd
hüquqi şəxsə sanksiyalar tətbiq edilib. Aİ onların Rusiya neft
ticarətinə məhdudiyyətlərdən yan keçməklə kömək etdiyini deyir.
Azərbaycan vətəndaşları Tələt Səfərov və Etibar Eyyub, Pakistan və
Kanada vətəndaşı
Murtaza Əli Lahani, eləcə də BƏƏ və Vyetnam
şirkətləri sanksiya siyahısına salınıb. Siyahıya kölgə donanmasına
aid daha 40 gəmi də əlavə olunub.
Aİ Şurası sanksiya siyahısındakı 12 fiziki və iki hüquqi şəxsin
Rusiyanın hibrid əməliyyatlarında, o cümlədən dezinformasiya ilə
bağlı fəaliyyətlərdə iştirak etdiyini bildirir. Sanksiyaya məruz
qalanlar arasında "Valday" Beynəlxalq Diskussiya Klubunun
ekspertləri də var. "Rossiya v qlobalnoy politike" jurnalının baş
redaktoru Fyodor Lukyanov, Rusiya Milli Tədqiqat Universiteti – Ali
İqtisad Məktəbinin Kompleks Avropa və Beynəlxalq Tədqiqatlar
Mərkəzinin direktor müavini Dmitri Suslov, MQİMO-nun Beynəlxalq
münasibətlər fakültəsinin dekanı Andrey Suşentsov, "Valday"
klubunun proqram direktoru İvan Timofeyev və klubun Direktorlar
Şurasının sədri Andrey Bıstritski siyahıda yer alıb.
İnternetdə rusiyayönlü narrativlər yayan bəzi şəxslər də sanksiya
siyahısındadır. ABŞ və Rusiya vətəndaşı, Florida ştatında keçmiş
şerif köməkçisi Con Duqan, QRU-nun zabitləri olduğu bildirilən
Vladislav Borovkov, Dmitri Qoloşubov və Denis Denisenko,
rusiyapərəst mövqeli ukraynalı jurnalist Diana Pançenko, isveçrəli
keçmiş zabit Jak Bo, fransalı keçmiş zabit Ksavye Moro
siyahıdadır.
Rusiya Silahlı Qüvvələrinin radioelektron mübarizə üzrə 142-ci
batalyonu və müxtəlif ölkələrdən rusiyayönlü fiqurları birləşdirən
"Beynəlxalq rusofillər hərəkatı" da sanksiya siyahısına
salınıb.
Bu, sayca 20-ci sanksiya paketi deyil. Bu paket hələ hazırlanma
mərhələsindədir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.