Avropa İttifaqı (Aİ) Ukraynaya 90 milyard avro (106 milyard dollar)
məbləğində faizsiz kredit verəcək.
Amma blok Rusiyanın dondurulmuş aktivlərindən istifadə məsələsində
razılığa gələ bilməyib. Bu aktivlərdən qarşıdakı illərdə Ukraynanın
iqtisadi və hərbi ehtiyaclarını dəstəkləmək üçün istifadə təklif
olunurdu.
Aİ Şurasının sədri Antoniu Koşta dekabrın 19-da X platformasında
yazıb ki, bu vəsait 2026 və 2027-ci illər üçün
nəzərdə tutulur.
"Öhdəlik götürdük, həyata keçirdik", – o qeyd
edib.
"Reparasiya kreditləri daha çox iş tələb edir"
Dekabrın 18-də başlayan danışıqlarda Ukraynanın maliyyə
ehtiyaclarını qarşılamaq üçün dondurulmuş Rusiya suveren
aktivlərindən on milyardlarla avronun istifadəsi müzakirə
olunurdu.
Aİ-nin bəzi üzvləri hüquqi narahatlıqlardan dolayı bu təklifi
dəstəkləməyib. Əvəzində "Aİ-nin büdcə ehtiyatı" əsasında kapital
bazarlarından borclanma yolu ilə kredit verilməsi üzrə razılıq əldə
olunub.
"Uzun müzakirələrdən sonra aydın oldu ki, reparasiya kreditləri
daha çox iş tələb edir, çünki liderlərin detalları nəzərdən
keçirməsindən ötrü daha çox zamana ehtiyacı var", –
Aİ rəsmisi AzadlıqRadiosuna deyib.
Ukraynanın maliyyələşdirilməsi blokun 27 üzvü üçün böyük problemə
çevrilib. Bu arada ABŞ maliyyə dəstəyini məhdudlaşdırır, Macarıstan
kimi ölkələr də maliyyəni azaltmağa çağırır.
Polşa isə durumu "bu gün pul" ilə "sabah qan" arasında seçim ilə
müqayisə edib.
Pul gəlməsə, dron istehsalı azalacaq
Ukrayna prezidenti Volodimir Zelenski sammitdə iştirak edib. O,
liderlərə deyib ki, Aİ-də saxlanılan dondurulmuş Rusiya aktivləri
ilə təmin olunan kredit təklifinə üstünlük verilir. Amma əsas
məsələ vəsaitlərin necə istifadə olunması deyil, bir həllin
tapılmasıdır.
"Sülh olarsa, bu vəsait ölkənin bərpasına, müharibə
davam edərsə digər prioritetlərə, dron istehsalına yönəldiləcək.
Əgər yazda Ukrayna müvafiq tranşı almasa, dron istehsalı bir neçə
dəfə azalacaq", – o bildirib.
Hazırda Rusiyanın 140 milyard avroluq (165 milyard dollar) dövlət
aktivləri Belçikanın "Euroclear" maliyyə şirkətində, daha 25
milyardlıq aktivlər isə Aİ banklarında saxlanılır.
Aİ-nin 27 üzvünün əksəriyyəti kreditin təminatı üçün aktivlərdən
istifadəni dəstəkləyib. Belçika isə planın onu hüquqi baxımdan risk
altına sala biləcəyindən ehtiyat edir.
Putindən kobud tənqid
Aİ sammitindən öncə Rusiya prezidenti Vladimir Putin blokun
liderlərini "çoşqa" (donuz balası) sözü ilə kobud tənqid edib. O
deyib ki, ABŞ-nin sülh təşəbbüsü Moskvanın tələblərinə cavab
verməsə, Rusiya Ukraynada müharibədə məqsədlərinə güc yolu ilə
çatacaq.
Putin dekabrın 17-də Müdafiə Nazirliyinin illik tədbirində Avropanı
və Ukraynanı sülh səylərinin uğursuzluğuna görə günahlandırmağa
çalışıb.
"Qarşı tərəf və xarici himayədarları ciddi
danışıqlara getməkdən imtina edərsə, Rusiya hərbi vasitələrlə öz
tarixi torpaqlarının azad edəcək", – Putin deyib.
Putin dekabrın 19-da illik mətbuat konfransı keçirəcək. Onun
aktivlərlə bağlı təklifə də toxunacağı gözlənilir. Rusiya
dondurulmuş aktivlərindən hər hansı istifadəyə qarşı böyük hüquqi
addımlarla hədələmişdi.
Hazırda Moskva Ukrayna ərazisinin beşdə birinə nəzarət edir. Rusiya
rəsmiləri Ukraynanın beş bölgəsi ilə bağlı kompromisə
getməyəcəklərini dəfələrlə bildiriblər. Putin həmin bölgələri
Rusiya ərazisi olduğunu iddia edir.
ABŞ, Ukrayna, Avropa və Rusiya həftələrdir intensiv danışıqlar
aparırlar. Əsas mübahisə mövzularından biri Ukrayna qüvvələrinin
Donetsk vilayətində hələ də nəzarətdə saxladığı ərazidir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.