Təhlilçi Trampın İrana cavabı haqda: 'Heç nə istisna olunmur'
15:46 / 14.01.2026
İranda etirazlar qəddar şəkildə yatırdılır, artıq minlərlə
etirazçının öldürülməsi xəbərləri gəlir.
Qlobal ictimaiyyət Birləşmiş Ştatların bütün bunlara necə reaksiya
verəcəyini gözləyir. Prezident Donald Tramp sosial şəbəkədə
çoxsaylı ultimatumlar səsləndirib, yanvarın 13-də yazıb ki, "kömək
artıq yoldadır".
Riçard Qoldberq 2019-2020-ci illərdə, Trampın birinci prezidentliyi
dövründə Ağ evin Milli Təhlükəsizlik Şurasının İranın kütləvi
qırğın silahlarına qarşı mübarizə üzrə ofisinin
direktoru olub.
Hazırda Demokratiyaların Müdafiəsi Fondunda baş məsləhətçidir.
AzadlıqRadiosunun fars xidmətindən Hanna Kaviani Qoldberqlə Trampın
İrana qarşı növbəti addımının nə ola biləcəyi barədə söhbət
edib.
"Rejim qorxu içindədir"
R.Qoldberq deyir ki, prezident öz qırmızı xətləri məsələsində çox
ciddidir, açıq deyib ki, küçələrdə indi görünən kütləvi qətllərə
dözümlü yanaşmayacaq, buna qarşı sərt addımlar atılacaq: "Hamımızın
gördüyünü o da aydın görür, rejim gerçəkdən də uçurumun
kənarındadır. Bu, potensial tarixi məqamdır".
"Bu, nə 2009-cu ildir, nə 2019-cu, nə də 2022-ci il.
Rejim açıq-aşkar böyük qorxu içindədir. Görürlər ki, bu proses
dayanmır, rejimin kütləvi qətllərinə baxmayaraq, insanlar küçələrə
çıxırlar. Bu, orqanik baş verir. Xalq artıq dözmür. Etirazlar ölkə
boyu yayılıb", – təhlilçi əlavə edir.
Onun fikrincə, prezident seçimlərində çox ehtiyatlı olmalıdır. O,
həm xalqa səlahiyyət vermək, həm rejimi maksimum gücsüz etmək, həm
də dinc sakinlərə ziyan vurmamaq istəyir.
Bəs, seçimlər hansılardır? Qoldberq deyir ki, Tramp artıq başlayıb.
Bir gün öncə İranla ticarət edən ölkələrə 25 faiz tarif elan edib,
iranlıları etirazları davam etdirməyə çağırıb, köməyin artıq yolda
olduğunu deyib.
Gizli fəaliyyət "Prezidenti tanıyan biri kimi inanmıram ki, o, aydın
plan olmadan bu cür açıqlamalar verib insanları təhlükəyə atsın.
Düşünürəm ki, bu, kiber və hərbi əməliyyatların qarışığı olacaq.
Bizim anlamadığımız, bilmədiyimiz gizli fəaliyyət ola bilər. Məqsəd
rejimi dağıtmaq, hakimiyyətdən salmaq olacaq", – o
bildirir.
Bu gizli hərəkətlərə ali dini liderin hədəfə alınması daxil ola
bilərmi? "Heç nə istisna olunmur", –
Qoldberqin bu suala cavabı belə olub.
Tramp uzunmüddətli müharibələrin tərəfdarı deyil. R.Qoldberq deyir
ki, İranla bağlı seçim çoxdur. ABŞ-nin hava qüvvələri üstün
mövqedədir. İranın havadan elə müdafiə sistemi yoxdur ki, bu
qüvvələrə, yaxud donanma hava qüvvələrinə nəsə edə bilsin.
Uzaqmənzilli bombardmançı isə iyun müharibəsində gücünü
göstərib.
İrana qarşı hansısa addımdan sonra Ağ ev hansı ssenariyə üstünlük
verə bilər? Qoldberqin fikrincə, Tramp həmişə deyib ki, buna İran
xalqı özü qərar verməlidir.
"Aydındır ki, İran xalqı elə bir hökumət istəyir ki,
onun maraqlarını təmsil etsin, iqtisadiyyatı inkişaf etdirsin,
sanksiyalara məruz qalmasın, terroru maliyyələşdirməsin, pullarını
xarici müharibələrə göndərməsin, insanlara gündəlik zülm etməsin,
ölkə boyu insanları öldürməsin; elə bir gələcək istəyir ki,
insanlar normal həyata qayıda bilsin, qadınlar necə geyinəcəklərini
özləri seçə bilsin, azad olsunlar. Məncə, prezidentin görmək
istədiyi İran da məhz budur", – təhlilçi
bildirib.
İran Venesuela deyil
Bəs, Venesuelada baş verənlər İranda təkrarlana bilərmi? Nikolas
Maduronun hazırda ABŞ-də həbsdə olmasına baxmayaraq, Karakasda
hakimiyyətdə faktiki, onun adamlarıdır.
R.Qoldberq bunu təsəvvür etməyi çətin sayır, çünki əksər
mühafizəkarlar Birləşmiş Ştatlar ilə hər hansı əlaqəni kəsər. Onun
sözlərinə görə, İrandakı rejim Venesuela ilə eyni deyil:
"İdeologiya, dini baxımdan eyni deyillər. Onları
birləşdirən Amerikaya nifrətləridir, birlikdə işləyir, narkotik və
terrorçuluğu maliyyələşdirirlər. Amma rejimlər çox, çox fərqlidir,
tarixləri, mədəniyyətləri, dinləri fərqlidir".
Etirazçılar silahsızdır, onları küçələrdə öldürürlər. Bu halda
sıravi iranlılar dövlət qurumlarını necə ələ keçirə bilərlər?
Qoldberq deyir ki, bəzi kiçik şəhərlərdə bu artıq müəyyən qədər baş
verib. Böyük şəhərlərdə isə rejim maksimum zorakılığa əl atıb,
kiçik şəhərlərdə baş verənlərin təkrarlana biləcəyindən qorxur.
"Məncə, küçələrdə minlərlə insanın birbaşa avtomat
silahlardan atəşlə öldürülməsi məhz buradan qaynaqlanır. Amma əgər
ABŞ xalqın obyektləri və institutları ələ keçirməsinə güc və imkan
verəcək üsullarla müdaxilə etsə, ABŞ prezidenti insanlara çox mühüm
kömək göstərmiş olar", – R.Qoldberq söyləyir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.