Batuminin girişində 6,2 kilometrlik yol təmir olunacaq
Batuminin giriş hissəsində yerləşən bir neçə əsas küçədə yol infrastrukturu yenilənəcək.

Batumi meriyasının Şəhər İnfrastrukturu və Abadlıq İdarəsi bununla bağlı tender elan edib. Layihənin ümumi dəyəri 29 milyon 548 min lari təşkil edir.

Tender sənədlərinə əsasən, Bakı və Odissey Dimitriadis küçələrinin, eləcə də Tbilisi küçəsinin başlanğıcınadək Tamar Mepe prospektinin reabilitasiyası nəzərdə tutulur.

Tenderdə təkliflərin qəbulu

2026-cı il fevralın 11-də başlayacaq və fevralın 16-dək davam edəcək. Layihə üzrə işlərin 2027-ci il dekabrın 10-dək tamamlanması planlaşdırılır.

Təmir olunacaq yol 4 hissəyə bölünüb və ümumi uzunluğu 6,2 kilometrdir:
  • I hissə – 1,4 km
  • II hissə – 1,6 km
  • III hissə – 2,4 km
  • IV hissə – 0,7 km
Sənədlərdə qeyd olunur ki, layihənin əsas məqsədi Batuminin giriş zonasının yenilənməsidir. Mövcud yol infrastrukturu hazırda əhalinin maneəsiz hərəkətinə əngəl yaradır.

“Bu konfiqurasiya yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risklər yaradır. Xüsusilə yağışlı hava və zəif görünmə şəraitində yolun trayektoriyası sürücülər üçün çətin qavranılır və qəza vəziyyətləri meydana çıxır”,
– deyə tender sənədlərində bildirilir.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google