“Gürcü Arzusu”nun təhsil naziri Qivi Mikanadze bu gün, 20 yanvar
tarixində Milli İmtahan Mərkəzinin yeni rəhbəri kimi Tamar
Memanişvilini təqdim edib.
Nazirliyin məlumatına görə, Tamar Memanişvili dövlət sektorunda
müxtəlif vəzifələrdə çalışıb. O, Təhsil, Elm və Gənclər
Nazirliyində administrasiya rəhbəri, Gürcüstan Parlamentinin İnsan
Resursları və İnstitusional İnkişaf Departamentinin Analiz və
İnstitusional İnkişaf Şöbəsinin müdiri, həmçinin Daxili İşlər
Nazirliyinin
Akademiyasında İnsan Resurslarının İdarəedilməsi
Şöbəsinin rəhbəri vəzifələrində fəaliyyət göstərib.
Tamar Memanişvilinin təyin olunmasından əvvəl mərkəzə Nino
Tsereteli rəhbərlik edirdi. O, 2025-ci ilin noyabrında vəzifədən
azad edilmişdi.
Bundan əvvəl isə, “reorganizasiya” adı altında Milli İmtahan
Mərkəzindən 40-a yaxın əməkdaş işdən çıxarılmışdı. Həmin şəxslər
işdən azad edilmələrinin səbəbi kimi Avropa yönümlü etiraz
aksiyalarında iştiraklarını göstərirdilər. Onların əksəriyyətinin
mərkəzdə 20 illik iş təcrübəsi var idi və onlar peşəkar əməkdaşlar
hesab olunurdular.
Mənbə: batumelebi.netgazeti.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.