Qida Təhlükəsizliyi Agentliyi – Qəhvəyə qovrulmuş noxud əlavə edilməsi və qeydiyyatsız fəaliyyət göstərilməsi səbəbilə qəhvə istehsalçısının fəaliyyəti dayandırıldı
Qida Təhlükəsizliyi Agentliyi qəhvə istehsalı zamanı dənlərlə birlikdə qovrulmuş noxuddan istifadə edən biznes operatorunun istehsal fəaliyyətini dayandırıb.

Qida Təhlükəsizliyi Agentliyinin izahına görə, həmin biznes operatoru qəhvənin istehsalını (qovurma, üyütmə və qablaşdırma) “Villa” və “Villa Gold” adları altında iqtisadi fəaliyyət növlərinin reyestrində qeydiyyatdan keçmədən həyata keçirirdi.

Qida Təhlükəsizliyi Agentliyinin məlumatına əsasən, aşkar edilmiş pozuntulara görə biznes operatoru

cərimələnib və istehsal prosesi uyğunsuzluqlar tam aradan qaldırılana qədər dayandırılıb.

“Qida Təhlükəsizliyi Agentliyinin Tbilisi Departamentinin inspektorları dövlət nəzarəti çərçivəsində qəhvə istehsal müəssisəsi — MMC “Treideri” (ünvan: Tbilisi şəhəri, Kvaloni küçəsi 1, İdentifikasiya Kodu 404505905) üzrə planlaşdırılmamış inspeksiya həyata keçirdilər.

İnspeksiya nəticəsində müəyyən edildi ki, biznes operatoru iqtisadi fəaliyyət növləri reyestrində qeydiyyatdan keçmədən “Villa” və “Villa Gold” adları ilə qəhvə istehsalı (qovurma, üyütmə, qablaşdırma) aparırdı. Həmin məhsulların istehsalında xammal kimi qəhvə dənləri ilə yanaşı, qovrulmuş noxuddan da istifadə olunurdu. Məhsullar kiçik ticarət obyektlərində satılırdı.

Yoxlama zamanı kritik uyğunsuzluqlar aşkar edildi — o cümlədən etiketləmə və izləniləbilərlik (müqabil izləmə) qaydalarının pozulması. Aşkar edilmiş pozuntulara görə biznes operatoru cərimələndi və uyğunsuzluqlar tam aradan qaldırılana qədər istehsal prosesi dayandırıldı,”
— məlumatda bildirilib.

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google