Audit Xidməti 2020-2022-ci illərdə “Kəndə Dəstək Proqramı”nın
icrasının effektivliyi ilə bağlı audit hesabatını yayımlayıb.
Hesabata görə, 2020, 2021 və 2022-ci illərdə Marneuli kəndlərinin
bir hissəsində keçirilən yığıncaq və ya məsləhətləşmələr qərar
qəbul etmək üçün səlahiyyətli olmayıb. Eyni zamanda həmin illərdə
protokollarda göstərilən iştirakçıların sayı ilə imza atanların
sayı üst-üstə düşməyib.
“Audit qrupu meriyaların təqdim etdiyi kənd
yığıncaqlarında iştirak göstəriciləri ilə bağlı məlumatları
araşdırıb. Araşdırma nəticəsində məlum olub ki, 2020-ci ildə 41
bələdiyyənin 428 yaşayış məntəqəsində (ümumi yaşayış məntəqələrinin
14,1 faizi), 2021-ci ildə 45 bələdiyyənin 583 yaşayış məntəqəsində
(18,8 faiz) və 2022-ci ildə 42 bələdiyyənin 599 yaşayış
məntəqəsində (20,2 faiz) keçirilən ümumi yığıncaq və ya
məsləhətləşmələr qərar qəbul etmək üçün səlahiyyətli
olmayıb”, – audit hesabatında qeyd olunub.
Audit hesabatında hansı bələdiyyənin neçə kəndində belə halların
baş verdiyi ayrıca göstərilməyib. Məlumatlar ümumi şəkildə təqdim
olunub, lakin həmin bələdiyyələr arasında Marneuli də qeyd
edilir.
“Qeyd olunmalıdır ki, müəyyən edilmiş minimum iştirak həddinin
formal olaraq qorunduğu yaşayış məntəqələrində belə təqdim olunan
məlumatların düzgünlüyü risk doğurur. Belə ki, yığıncaqlarda
iştirak edən sakinlərin sayı çox güman ki, protokollarda
göstəriləndən daha az olub. Bu isə bələdiyyələr tərəfindən təqdim
olunan fotoşəkillər və internet məkanında yayılan foto və video
materiallarla təsdiqlənir. İştirakçı sayının müəyyən edilməsi
qaydasının sənədlərdə qorunduğu yaşayış məntəqələrində orta
göstərici 2020-ci ildə 16,2 faiz, 2021-ci ildə 16,4 faiz, 2022-ci
ildə isə 15,7 faiz olub. Əksər hallarda kənd yığıncaqları və
məsləhətləşmələrdə iştirak edənlərin sayı artmayıb və ümumi əhali
sayına nisbətdə vətəndaşların iştirakı aşağı səviyyədə
qalıb”, – auditin hesabatında qeyd edilir.
Hesabata görə, həmçinin müəyyən olunub ki, bələdiyyələr proqramda
iştirak edən şəxslərin sayını lazımi qaydada qeydiyyata almırdılar.
Bəzi protokollarda ümumiyyətlə iştirakçıların sayı göstərilməyib,
bəzi bələdiyyələr isə kənd yığıncaqları və məsləhətləşmələrdə
iştirak edənlərin imzalarını təqdim edə bilməyib.
Audit dövründə Marneuli bələdiyyəsində də bəzi hallarda
protokollarda göstərilən iştirakçı sayı ilə imzaların sayı
bir-birinə uyğun gəlməyib.
Bundan əlavə, Marneuli bələdiyyəsi 2022-ci ildə görüşlərin
ayrı-ayrı kəndlər üzrə deyil, inzibati vahidlər üzrə və ya bir neçə
yaşayış məntəqəsi üçün birlikdə keçirildiyi 9 bələdiyyə arasında
yer alıb.
Audit Xidməti bələdiyyələrə tövsiyə edir ki, “Kəndə Dəstək
Proqramı”nın icrası zamanı əhalinin düzgün məlumatlandırılması və
daha yüksək iştirakın təmin edilməsi üçün əlavə prosedurlar tətbiq
etsinlər. Bunun üçün müxtəlif informasiya platformalarından
maksimum istifadə olunmalı, həmçinin rəsmi veb-saytlarda və sosial
şəbəkələrdə məlumatlar mütəmadi olaraq yenilənməlidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.