İsrail martın 16-da bildirib ki, müharibəni azı üç həftə də
aparmaqla bağlı planları var.
ABŞ və İsrailin İranla müharibəsi artıq üçüncü həftəyə keçib,
indilik, müharibənin sonu görünmür. Hörmüz boğazı bağlanıb, neftin
qiymətləri kəskin yüksəlib, qlobal inflyasiyanın yenidən artacağı
ilə bağlı narahatlıq var.
İsrail ordusunun sözçüsü, polkovnik-leytenant Nadav Şoşani
brifinqdə deyib ki, İranla müharibənin növbəti üç
həftə davam
etməsi üçün detallı planlar var, əlavə planlar da gözlənilir.
Ordu hədəflərinin İranın İsraili təhdid etmək qabiliyyətini
zəiflətmək olduğunu deyir, ballistik raket infrastrukturuna, nüvə
obyektlərinə, təhlükəsizlik aparatına zərbələr endirib.
Ordu artıq 110 mindən çox rezervisti səfərbər edib, İran daxilində
vurulası minlərlə hədəfi olduğunu bildirir.
İranın xarici işlər naziri Abbas Əraqçi isə bu gün deyib ki, Tehran
atəşkəs istəməyib, ABŞ ilə hər hansı mesaj mübadiləsi də aparmayıb.
Xəbəri İranın yarırəsmi Tələbə Xəbər Şəbəkəsi yayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.