Məktəb formalarının dizaynı məlumdur – Təhsil Nazirliyi bazar araşdırması elan edib
I sinifdən VI sinif daxil olmaqla şagirdlər üçün məktəb formalarının alınacaq miqdarı və eskizləri artıq məlumdur.

2026–2027-ci tədris ili üçün ibtidai sinif şagirdlərinin məktəb formaları ilə bağlı Təhsil Nazirliyinin tabeliyində olan “Təhsil Resursları” MMC bazar araşdırması elan edib.

Tender sənədlərindən məlum olur ki, təchizat iki mərhələdə həyata keçirilməlidir. Birinci mərhələ çərçivəsində məhsulun ən azı

30%-i 2026-cı il 31 iyul tarixindən gec olmayaraq çatdırılmalıdır. İkinci mərhələ isə qalan hissənin 2026-cı il 20 avqust tarixinədək təhvil verilməsini nəzərdə tutur.


Rəsmi sənəddə qeyd olunur ki, nazirlik bazar araşdırmasını kostyumlar, yubkalar və şalvarlar üzrə elan edib.
Miqdara gəlincə, tender sənədinə əsasən, “Təhsil Resursları”nın sifarişi ilə aşağıdakı sayda məhsul alınmalıdır:
  • 292 min qız üçün pencək;
  • 308 min oğlan üçün pencək;
  • 438 min qız üçün şalvar;
  • 616 min oğlan üçün şalvar;
  • 146 min dizədək yubka;
  • 1000 ədəd uzun yubka.
Məlumat üçün bildirək ki, “Ümumi təhsil haqqında” qanuna əsasən, 2026–2027-ci tədris ilindən etibarən ümumi təhsilin ibtidai pilləsində şagirdlər üçün məktəb forması geyinmək məcburi olacaq və onun nümunəsi nazirlik tərəfindən təsdiqlənəcək.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google