“Yeni rekord – yanvar-mart aylarında Gürcüstanda 1 milyon turistik səfər qeydə alınıb” – Turizm Administrasiyası
2026-cı ilin yanvar-mart aylarının məlumatlarına görə, Gürcüstanda 997 529 beynəlxalq turist səfəri qeydə alınıb ki, bu da 2025-ci ilin analoji dövrü ilə müqayisədə 4% və ya 38 582 səfər çoxdur. Bu barədə məlumatı Milli Turizm Administrasiyası yayıb.

Qurumun bildirdiyinə görə, turistik səfərlərin artımı baxımından 2026-cı ilin birinci rübündə yeni rekord göstərici qeydə alınıb.

“2026-cı ilin ilk üç ayında Gürcüstana 1 300 505 beynəlxalq səyahətçi səfər edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1.1% və ya 14 323 səfər azdır.
Üç ay ərzində ən çox səfər Türkiyədən qeydə alınıb və bu rəqəm 238 368 təşkil edib. Ziyarətçilərin ilk 15-liyində qonşu ölkələrlə yanaşı ABŞ, Böyük Britaniya, Almaniya, Polşa, İsrail, Qazaxıstan, Çin, Hindistan və digər hədəf ölkələr də yer alır.

2026-cı ilin birinci rübünün məlumatlarına əsasən, Avropa İttifaqı ölkələrindən və Böyük Britaniyadan səfərlərin rekord göstəricisi qeydə alınıb və bu rəqəm 96 226 olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 30.2% çoxdur:
  • Almaniya +37.6%
  • Polşa +34.3%
  • Birləşmiş Krallıq +45.7%
  • İtaliya +70.7%
  • Yunanıstan +21.7%
  • Fransa +24.7%
  • Slovakiya +87.6%
  • Litva +29.9%
  • İspaniya +44.4%
  • Niderland +25.8%.
Aşağıdakı strateji bazarlardan da xüsusi artım müşahidə olunub:
  • Çin +48.6%;
  • Amerika Birləşmiş Ştatları +19.3%;
  • Koreya Respublikası +67.2%;
  • İsveçrə +33.7%.
İranda davam edən müharibə bir sıra ölkələrdən Gürcüstana səfər edənlərin sayına mənfi təsir göstərib, lakin Fars körfəzi ölkələrindən gələn ziyarətçilərin sayı ümumilikdə illik müqayisədə artıb”, – deyə administrasiyanın yaydığı məlumatda qeyd olunur.

Daha konkret olaraq, administrasiyanın məlumatına görə, İranda davam edən müharibə və ləğv edilmiş uçuşlar aşağıdakı ölkələrdən gələn ziyarətçilərin sayına mənfi təsir edib:
  • İran – 48.8% azalma;
  • Hindistan – 29.5% azalma;
  • İsrail – 17.5% azalma.
Bununla belə, Turizm Administrasiyasının məlumatına əsasən, 2026-cı ilin birinci rübündə ümumilikdə Fars körfəzi ölkələrindən ziyarətçilərin sayı 8.2% artıb:
  • Səudiyyə Ərəbistanı +36.3%;
  • Bəhreyn +20.9%;
  • Birləşmiş Ərəb Əmirlikləri – 19.8% azalma;
  • Küveyt – 18.7% azalma;
  • Qətər – 7.4% azalma;
  • Oman +1.1%.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək

üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google