Bolnisili fəal Nurəddin Nəbiyevə qarşı həyata keçirilən hücum faktı
ilə bağlı Daxili İşlər Nazirliyi bir nəfəri saxlayıb.
DİN-in yayımladığı məlumata görə, zorakılıq və qəsdən sağlamlığa az
ağır zərər vurma ittihamı ilə 2005-ci il təvəllüdlü A.K.
saxlabılıb.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Bolnisi
bələdiyyəsinin kəndlərindən birində mübahisə zəminində 1994-cü il
təvəllüdlü N.N.-ya qarşı fiziki zorakılıq tətbiq
edib. Yaralı şəxs
müvafiq tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib” –
Daxili İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
İstintaq Cinayət Məcəlləsinin 118-ci və 126-cı maddələri ilə
aparılır ki, bu da 4 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə
tutur.
Xatırladaq ki, Bolnisili fəal Nurəddin Nəbiyev "Marneuli" radiosuna
bildirib ki, “Gürcü Arzusu”nun nümayəndələri tərəfindən fiziki
hücuma məruz qalıb. Nəbiyevin sözlərinə görə, bu gün, 15 aprel
tarixində, ona məxsus çay evinə 9 nəfər daxil olub, onun Nurəddin
Nəbiyev olub-olmadığını soruşublar və təsdiqləyici cavab aldıqdan
sonra ona fiziki zorakılıq tətbiq ediblər. Nəbiyev ona qarşı
törədilən bu hücumu fəaliyyəti və siyasi baxışları ilə
əlaqələndirir.
“9 nəfər içəri girdi. Üzlərini xatırlamıram. Həmin vaxt Bolnisi
bələdiyyəsinin Böyük Muğanlı kəndindəki çay evində işləyirdim.
Adımı soruşdular, sahibkarın mən olub-olmadığımı dəqiqləşdirdilər,
“bəli” deyən kimi doqquzu da birdən mənə zərbələr endirməyə
başladılar. Hesab edirəm ki, bu insanlar xüsusi olaraq meriyadan və
İran tərəfdarları tərəfindən göndəriliblər. Yarısı meriyadan,
yarısı isə İran tərəfdarları idi. Hücum edənlər arasında azyaşlı
uşaqlar da var idi”, – Nurəddin Nəbiyev bildirdi.
Onun sözlərinə görə, dodağına beş tikiş qoyulub və kəllə-beyin
travması alıb. O, Bolnisidəki xəstəxanalardan birinə
yerləşdirilib.
Nəbiyev bildirir ki, bir neçə gün əvvəl də Ayətullah Əli Xameneyi
haqqında verdiyi bəyanatlara görə hücuma məruz qalıb. O, qeyd edir
ki, sosial şəbəkədə yazdığı şərh müəyyən şəxsləri qıcıqlandırıb və
Otar Bayramov adlı şəxs ona qarşı şəxsən fiziki zorakılıq tətbiq
edib.
Hücuma gəlincə, Nurəddin bu faktı həm də dərman çatışmazlığı və
qiymətlərin artımı ilə bağlı verdiyi bəyanatlarla əlaqələndirir. O,
qeyd edir ki, dünən, 14 aprel tarixində bu problemlə bağlı video
müraciət yayımlayıb və məhz bundan sonra hücuma məruz qalıb.
Nurəddin Nəbiyev bugünkü hadisədə “Gürcü Arzusu”nun nümayəndələrini
və Parlament üzvü Zaur Darğallını ittiham edir.
“Marneuli” radiosu Zaur Darğallı ilə əlaqə saxlamağa çalışsa da, o,
zənglərimizə cavab vermədi. “Marneuli” radiosu Daxili İşlər
Nazirliyindən əlavə təfərrüatları dəqiqləşdirir.
Qeyd edək ki, Nurəddin Nəbiyev 2025-ci il yerli özünüidarəetmə
seçkilərində “Lelo” partiyasının proporsional siyahısı ilə iştirak
edib. O, Bolnisi bələdiyyəsində mövcud olan problemlər barədə fəal
şəkildə danışır və tez-tez bələdiyyənin ehtiyacları ilə bağlı video
və foto materiallar dərc edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.