FIFA Dünya Kuboku vaxtı inqilabdan əvvəlki İran bayrağını qadağan edəcək
FIFA-nın 2026-cı il Dünya Kubokunda azarkeşlərin İranın inqilabdan əvvəlki bayrağını stadionlarda qaldırmasını yenidən qadağan edəcəyi bildirilir. Bu qərar dörd il öncəki çempionatda yaranmış mübahisələri yenidən gündəmə gətirib, İran diasporu ilə müxalifət təmsilçilərinin etirazına səbəb olub.

Qadağa haqda mayın 19-da “The Athletic” nəşri məlumat yayıb. FIFA stadionda davranış qaydalarına istinadla bildirib ki, “siyasi, təhqiredici və ya ayrı-seçkilik xarakterli

bannerlər, bayraqlar, geyimlər və digər atributlar” stadionlara buraxılmır. Qətərdə bu qayda ardıcıl tətbiq olunmamışdı. Amma bu il qadağanın ümumi siyasət kimi tətbiq ediləcəyi gözlənilir.

“İran xalqının əsl bayrağı bu deyil”
Məlumata görə, İran Futbol Federasiyası komandanın turnirdə iştirakı ilə bağlı FIFA-ya bir sıra tələblər təqdim edib. Bunlar arasında “İran bayrağına hörmət” də yer alıb. FIFA İran futbol rəsmiləri ilə son danışıqları “əla” və “konstruktiv” adlandırıb.

İranda doğulmuş belçikalı deputat Dərya Səfai uzun illərdir iranlı qadınların stadionlara giriş hüququ uğrunda kampaniya aparır. O, AzadlıqRadiosunun Radio Fərda xidmətinə bildirib ki, qadağa diaspora azarkeşlərinin qarşısını ala bilməyəcək

“İsrar etsəniz, yerinizdə oturub onu qaldırsanız, heç nə edə bilməzlər. Həmişə demişəm: Mənim əsl bayrağım budur, bu mənim yerimdir və burada oturacağam”.

Safai İran İslam Respublikasının rəsmi bayrağını sovet simvolları ilə müqayisə edir: “İslam Respublikasının bayrağı ideoloji bayraqdır, kommunizmin oraq-çəkic simvoluna bənzəyir. İran xalqının əsl bayrağı bu deyil”.

Şir və günəşin tarixçəsi
Mübahisə yaradan bayraqda onilliklər boyu İranın üçrəngli bayrağında istifadə olunmuş şir və günəş emblemi yer alır. Şir və günəş motivinin kökləri 12-ci əsrdə fars heraldikasına gedib çıxır, müasir monarxiyadan da qədimdir. Bu simvol 1906-1907-ci illərin Konstitusiya İnqilabından sonra İranın rəsmi dövlət embleminə çevrilmişdi.

1980-ci ildə yenicə qurulmuş İslam Respublikası həmin simvolu yeni emblem ilə əvəzlədi. Bu isə və hər iki nişanı güclü siyasi simvollara çevrildi.

İslam Respublikasının emblemi isə laləni, qılıncı və ərəb qrafikası ilə yazılmış “Allah” sözünü xatırladan kompozisiyadan ibarətdir. Bayrağın kənarlarında “Allahu Əkbər” ifadəsi 22 dəfə təkrarlanır, bu rəqəm İran təqvimində inqilab tarixini göstərir.

Əsrlər boyu fars milli kimliyini təmsil etmiş simvolu ən çox monarxiya tərəfdarları istifadə edib. Amma müxalifətin müxtəlif qanadları da onu İslam Respublikasına qarşı müqavimətin ümumi simvolu kimi qaldırıblar.

İran Dünya Kubokunda G qrupunda Yeni Zelandiya, Belçika və Misirlə qarşılaşacaq. Turnir iyunun 11-də başlayır.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google