Ukraynanın Xerson vilayəti ilə Rusiyanın ilhaq etdiyi Krım
yarımadasını birləşdirən Çonqar qəsəbəsi yaxınlığındakı körpü
Ukrayna tərəfinin hücumu nəticəsində yenidən zədələnib. Bu barədə
Rusiyanın Xerson vilayətinə rəhbər təyin etdiyi Vladimir Saldo
məlumat verib. Hazırda körpüdə hərəkət dayandırılıb. Sürücülərə
alternativ olaraq Armyansk və Perekop marşrutlarından istifadə
etmək tövsiyə olunur.
Saldo körpünün dronlarla zədələndiyini bildirib. Onun sözlərinə
görə, körpüyə yaxınlaşan
20-dən çox dron vurulub. Vilayət rəhbəri
qeyd edib ki, hava hücumundan müdafiə qüvvələri və atəş qruplarının
fəaliyyəti olmasaydı, nəticələr daha ağır ola bilərdi.
Ukrayna qüvvələri bu körpüyə sonuncu dəfə iyunun 7-nə keçən gecə
hücum edib. Saldo iyunun 8-də gündüz saatlarında yazıb ki, körpüdə
hərəkət əks istiqamətlər üzrə növbəli qaydada bərpa olunub və
"maksimum qısa müddətdə" təmir işləri aparılacaq.
Çonqar boğazı üzərindəki körpü Krıma aparan əsas quru yollarından
biri sayılır və Rusiya ordusunun təchizatında vacib rol
oynayır.
Mayın sonunda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi
bəyan etmişdi ki, işğal altındakı Berdyansk, Melitopol və Cankoy
arasında yerləşən magistral yolun hissələri Ukrayna hərbi
kəşfiyyatının "atəş nəzarəti" altındadır. İdarə Ukrayna dronlarının
zərbələri nəticəsində yanan yanacaq daşıyan maşınların, yük
avtomobillərinin və qoşquların görüntülərini yaymışdı. Bu hücumlar
Krımda yanacaq çatışmazlığına səbəb olub. Yarımadanın özündə isə
dron hücumları dəmiryol infrastrukturunu hədəfə alıb və nəticədə
hərəkət müvəqqəti dayandırılıb.
"Krım.Realii" yazır ki, iyunun 9-na keçən gecə Krım və Sevastopol
dron hücumlarına məruz qalıb. Krım yarımadasının bir sıra
bölgələrində və "Kaça" hərbi aerodromu ərazisində güclü
partlayışlar barədə məlumat verilib. Sevastopolda gecə ərzində üç
dəfə hava həyəcanı elan olunub.
Ukrayna hərbi qurumları Çonqar körpüsünə və Krıma endirilən
zərbələrlə bağlı hələlik şərh verməyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.