FOM: Putinin işini bəyənənlərin sayı bir həftəyə 5 faiz azalıb
Son bir həftədə prezident Vladimir Putinin fəaliyyətini bəyənənlərin payı 5 faiz azalaraq 66 faizə düşüb.

Rusiyanın İctimai Rəy Fondunun (FOM) məlumatına görə, son bir həftədə prezident Vladimir Putinin fəaliyyətini bəyənənlərin payı 5 faiz azalaraq 66 faizə düşüb. Bu, 2022-ci ilin payızında elan edilən qismən səfərbərlikdən bəri qeydə alınan ən kəskin həftəlik enişdir.

66 faizlik göstərici

Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləsindən bəri ən aşağı səviyyədir. İşğaldan bir həftə əvvəl Putinin reytinqi 64 faiz idi, son illər isə bu göstərici adətən 75-80 faiz həddində idi.


Putinə etimad səviyyəsi də azalıb. Son bir həftədə bu göstərici 69 faizdən 67 faizə enib. Sorğuda iştirak edənlərin 20 faizi Putinə etibar etmədiyini bildirib.

FOM, eləcə də VTsIOM sorğu şirkəti Rusiya hakimiyyətinə yaxın qurumlar sayılır. VTsIOM-un son sorğusunda da Putinin reytinqində azalma qeydə alınıb, amma belə kəskin olmayıb.

VTsIOM-un məlumatına görə, respondentlərin 65,1 faizi Putinin fəaliyyətini bəyənib ki, bu da əvvəlki həftə ilə müqayisədə 0,9 faiz azdır. Putinə etimad göstərənlərin payı isə 71 faiz olub ki, bu da 1,3 faiz azalma deməkdir.

FOM və VTsIOM sorğularında Putinin reytinqi yaz aylarından düşməyə başlayıb. Şərhçilər bunu internet məhdudiyyətləri ilə əlaqələndirirdilər. FOM-un məlumatına görə, indi respondentləri əndişələndirən amillər sırasına yanacaq böhranı, müharibənin gedişi sarıdan narahatlıqlar da əlavə olunub.

VTsIOM mayın ortalarında, bir neçə həftə ardıcıl Putinin reytinqinin düşdüyünü açıqlayandan sonra sorğuların metodologiyasını rəsmən dəyişib. İndi sorğular təkcə telefonla deyil, həm də respondentlərin evlərində aparılır. Metodologiya dəyişikliyindən sonra reytinqlər qısa müddət artsa da, yenidən enməyə başlayıb.

VTsIOM-un məlumatına görə, mayın sonunda respondentlərin 73,7 faizi Putinə etibar etdiyini, 67,5 faizi isə onun prezident kimi fəaliyyətini bəyəndiyini bildirib.

FOM-un sorğularında isə Putinin fəaliyyətini bəyənənlərin payı genişmiqyaslı müharibənin başlanmasından bəri ilk dəfə 70 faizdən aşağı düşüb.

Kreml, hələlik, bu yeni sorğulara münasibət bildirməyib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google