Gomis mətəsindəki qəza: Batumi Respublikan Xəstəxanasında müalicə olunan 11 yaralıdan 6-sı uşaqdır
Gomis mətə kurortu yolunda mikroavtobusun dərəyə aşması nəticəsində xəsarət alan 11 sərnişin Batumi Respublikan Xəstəxanasında müalicə olunur. Həkimlərin verdiyi məlumata görə, yaralıların səhhəti stabildir.

"Bütün yaralıların, o cümlədən 6 uşağın səhhəti stabildir, onların həyatı üçün təhlükə yoxdur", — deyə Batumi Respublikan Xəstəxanasının direktor müavini Qia Kikabidze "Batumelebi" nəşrinə bildirib.

O, həmçinin əlavə edib ki, hazırda biri uşaq

olmaqla iki pasiyent reanimasiya şöbəsində qalır, lakin həkimin sözlərinə görə, onların neyrocərrahi əməliyyata ehtiyacı olmayacaq.

"Konservativ müalicə davam edir... Əsasən qan-sızmalar (əziklər) və baş beynin silkələnməsi xəsarətləri var", — deyə Qia Kikabidze qeyd edib.

Məlumata görə, xəsarət alanlar Belarus vətəndaşlarıdır.

Mikroavtobusun dərəyə aşması nəticəsində 4 sərnişin hadisə yerində həlak olub.

Bu, cari ildə Gürcüstanda turist mikroavtobusunun qəzaya uğraması və insan tələfatı ilə nəticələnən artıq üçüncü haldır.

Mənbə: batumelebi.netgazeti.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Print ელ. ფოსტა
თეგები: batumelebi
FaceBook Twitter Google