Sentyabrın 7-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan
prezidenti İlham Əliyevə zəng edib.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə,
telefon danışığı zamanı dövlət başçıları iqtisadi-ticari və
humanitar əməkdaşlığın bir sıra aktual məsələlərini müzakirə
ediblər.
İkitərəfli əlaqələrin müxtəlif səviyyələrdə intensivləşdirilməsi
barədə razılıq əldə olunub.
4 il əvvəl, fevralın 22-də Moskvada Azərbaycan və Rusiya dövlət
başçıları iki ölkə arasında
"Müttəfiqlik qarşılıqlı fəaliyyəti
haqqında Bəyannamə" imzalayıblar. Sənəddə həm siyasi, həm iqtisadi,
həm də ticari sahələrdə əməkdaşlığın daha da gücləndirilməsinin
vacibliyi əks edilib.
O vaxtdan iki ölkə arasında ticarət əlaqələrində inkişaf var. Amma,
bununla belə, müəyyən gərginliklər də müşahidə edilib. Lakin
sonradan tərəflər anlaşılmazlıqların aradan qaldırıldığını bəyan
ediblər. Xüsusilə bu baxımdan 2024-cü il dekabrın 25-də Bakıdan
Qroznıya uçan "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında
qəzaya uğraması və nəticədə 38 nəfərin həlak olması diqqət
çəkmişdi. Azərbaycan rəsmiləri təyyarəyə Rusiya hava məkanında
müdaxilə olunduğunu və onun kursdan çıxaraq Qazaxıstan istiqamətinə
yönəldiyini vurğulayaraq hadisəyə görə Rusiyanın məsuliyyət
daşıdığını bildirirdilər. Bakı rəsmi Moskvadan qəzaya görə
məsuliyyəti etiraf etməyi, günahkarların cəzalandırılmasını və
kompensasiya ödənilməsini tələb edirdi. Rusiya tərəfi ilkin
mərhələdə üzrxahlıq etsə də, digər tələblər uzun müddət yerinə
yetirilməmiş qalırdı. Amma bu ilin aprelində AZAL-ın təyyarəsinin
qəzası ilə bağlı Azərbaycan və Rusiya arasında razılıq əldə
olunduğu açıqlandı.
Bu arada həm Rusiyada Azərbaycan diasporunun təmsilçilərindən, həm
də Bakıda Rusiya vətəndaşlarından müxtəlif ittihamlarla həbs
edilənlər olmuşdu. Lakin liderlərin birbaşa təmaslarından sonra
Azərbaycan tutulan Rusiya vətəndaşlarından "Sputnik-Azərbaycan"ın
əməkdaşları sərbəst buraxmışdı.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.