Məhbus mübadiləsi ilə azad edilən jurnalist: 'Belarusa qayıdacağam'
Jurnalist Andjey Poçobut Belarusa qayıtmağa hazırlaşır. O, bunu sentyabrın 5-də Polşanın Belostok şəhərində Belarus Polyakları İttifaqının Baş Şurasının iclasından sonra "X" sosial şəbəkəsində yazıb.

AzadlıqRadiosunun rus xidməti xəbər verir ki, Şura ittifaqın sentyabrın 13-nə planlaşdırılan qurultayını təxirə salmaq barədə qərar qəbul edib. Qurultay altı ay ərzində keçirilməlidir. Poçobut bundan əvvəl sentyabr qurultayında iştirak üçün Belarusa qayıdacağını demişdi.

Ancaq dediyinə görə, qurultayın təxirə salınması Qrodnoya qayıtmaq planlarını dəyişmir.

"Sərhədi dəqiq nə vaxt və harada keçəcəyimi hələ bilmirəm, ancaq bu, gələn həftə [bu həftə -red.] baş verəcək. Oraya şəxsi səbəblərə görə getmirəm. Bu işə həyatımın mühüm hissəsini həsr etmişəm. Bu fəaliyyətin davamlı olmasını və ittifaqın genişlənməsini istəyirəm", – "Polskie Radio Białystok" onun belə dediyini bildirir.

A.Poçobut Belarus jurnalisti, Belarus Polyakları İttifaqının fəalıdır. O, 2021-ci ilin martında Qrodnoda saxlanılıb. 2023-cü ilin fevralında məhkəmə onu düşmənçilik salmaqda və milli təhlükəsizliyə qarşı çağırışlarda təqsirli bilərək, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməklə 8 illik həbs cəzasına məhkum edib.

Poçobut 2026-cı il aprelin 28-də Belarusla Polşa arasında məhbus mübadiləsi çərçivəsində azad edilib. Polşanın baş naziri Donald Tusk həmin vaxt onunla çəkilmiş fotosunu paylaşmışdı. Tusk yazırdı ki, Poçobut Belarusa qayıdıb-qayıda bilməyəcəyini soruşub.

"Sarsılmazdır. Onun ilk sözləri "Ora qayıda biləcəyəmmi" oldu. Mən "Buna yalnız sən qərar verirsən. İndi sən azad insansan" cavabını verdim", – Tusk qeyd edib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google