Özbəkistana qayıdan əmək miqrantlarına biznes qrantları veriləcək
Xaricdən Özbəkistana qayıdan əmək miqrantları biznes qurmaq, mövcud bizneslərini inkişaf etdirmək üçün 60 milyon soma (5.1 min ABŞ dolları) qədər qrant ala biləcəklər. Proqramı İsveç Ədliyyə Nazirliyinin maliyyə dəstəyi ilə Özbəkistanın Miqrasiya Agentliyi və Beynəlxalq Miqrasiya Təşkilatı həyata keçirəcək.

"Azattyq Asia" yazır ki, proqramda 2025-2026-cı illərdə xaricdə işləyərək vətənə qayıtmış Özbəkistan vətəndaşları iştirak edə biləcəklər. Vəsait müsabiqə

əsasında veriləcək. Əsas seçim meyarları isə biznes ideyasının əsaslandırılması, yeni iş yerlərinin yaradılması və layihənin davamlılığı olacaq.

2024-2026-cı illərdə Böyük Britaniyada mövsümi işlərdə çalışmış Özbəkistan vətəndaşları üçün ayrıca proqram başladılacaq.

İyunun 10-da Özbəkistan və İsveç miqrasiya və mobillik üzrə ilk hökumətlərarası sazişi imzalayıblar. Saziş Özbəkistan vətəndaşlarının İsveçdə qanuni şəkildə işlə təmin olunmasını, tibb, qayğı, texniki və xidmət sahələrində mütəxəssislərin hazırlanmasını, İsveç işəgötürənləri ilə birbaşa əməkdaşlığı nəzərdə tutur. Tərəflər əmək miqrasiyası üzrə pilot proqramın başladılması barədə də razılığa gəliblər.

İyunun 11-də Miqrasiya Agentliyi bildirib ki, saziş çərçivəsində Özbəkistan vətəndaşları İsveçdə işləmək üçün hazırlanacaq, bu ölkəyə göndəriləcəklər. Təhsil və akademik mübadilə imkanları genişləndiriləcək.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google