Amerikalı respublikaçı konqresmen Co Uilson sentyabrın 8-də
Milli Statistika Xidməti tərəfindən dərc edilmiş ilkin məlumatlara
münasibət bildirib.
Həmin məlumatlara əsasən, Gürcüstanda birbaşa xarici
investisiyaların həcminə görə Çin birinci yerdədir.
“Çin Kommunist Partiyası Gürcüstandakı investisiyaların
həcminə görə Böyük Britaniyanı geridə qoyub. Buna “Gürcü Arzusu”nun
anti-Amerika rejimi imkan yaradıb. Çin Kommunist Partiyasının (CCP)
“investisiyaları” həmişə zərərlidir və ölkəyə nəzarəti ələ
keçirməyə xidmət edir. “Gürcü Arzusu” Gürcüstanı Çin Kommunist
Partiyasına satır!” – deyə Co Uilson yazıb.
Çin Gürcüstanın ən böyük investoru olub
2026-cı ilin ikinci rübündə Gürcüstanda həyata keçirilən birbaşa
xarici investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə
23,2% azalıb.
Milli Statistika Xidmətinin məlumatına görə, aprel-iyun aylarında
Gürcüstana 468,8 milyon ABŞ dolları həcmində birbaşa xarici
investisiya qoyulub. 2025-ci ilin ikinci rübündə bu göstərici 610,6
milyon dollar olub.
Çindən Gürcüstana 219,5 milyon dollar həcmində birbaşa xarici
investisiya qoyulub ki, bu da ümumi həcmin 46,8%-ni təşkil
edir.
Ən böyük investor ölkələrin ilk üçlüyü belədir:
• Çin – 219,5 milyon dollar (46,8%);
• Böyük Britaniya – 123,5 milyon dollar (26,3%);
• Birləşmiş Ərəb Əmirlikləri – 47,7 milyon dollar (10,2%).
Milli Statistika Xidmətinin məlumatına görə, Çindən investisiyalar
kəskin artıb. 2025-ci ilin ikinci rübündə bu ölkənin göstəricisi
mənfi olub və -21,6 milyon dollar təşkil edib, 2026-cı ilin birinci
rübündə isə Çindən 16,4 milyon dollar həcmində investisiya
qoyulub.
Çindən investisiyaların kəskin artması böyük ehtimalla
“Basisbank”ın “Liberty Bank”ı satın alması ilə bağlıdır. Fond
birjasının məlumatına görə, Çinin “Hualing Group” şirkətinə məxsus
“Basisbank” “Liberty Bank”dakı pay üçün 674 milyon laridən çox
(təxminən 250 milyon dollar) ödəyib.
Çinlə strateji tərəfdaşlıq
“Gürcü Arzusu” hökuməti dövründə son illərdə Gürcüstanla Çin
arasında siyasi və iqtisadi münasibətlər əhəmiyyətli dərəcədə
dərinləşib.
2023-cü ilin iyulunda, həmin vaxt baş nazir olan İrakli
Qaribaşvilinin Çinə səfəri zamanı Tbilisi və Pekin strateji
tərəfdaşlıq qurublar. Birgə bəyanatda siyasi və iqtisadi
əməkdaşlıqla yanaşı, müxtəlif sahələrdə əlaqələrin
dərinləşdirilməsi də nəzərdə tutulurdu.
2023-cü ilin sentyabrından Gürcüstan Çin vətəndaşları üçün vizasız
rejim tətbiq edib, 2024-cü ilin mayından isə Çin Gürcüstan
vətəndaşları üçün də vizasız gediş-gəliş rejimi tətbiq edib.
2026-cı ilin iyununda Tbilisi və Pekin münasibətləri daha yüksək –
“hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsinə yüksəldiblər.
Çinlə münasibətlərin dərinləşməsi Gürcüstanın ənənəvi Qərb
tərəfdaşları ilə münasibətlərin kəskin pisləşməsi fonunda baş
verir.
Avropa İttifaqının qiymətləndirməsinə görə, Gürcüstan hökumətinin
seçdiyi kurs səbəbindən ölkənin Aİ-yə üzvlük prosesi 2024-cü ildə
de-fakto dayandırılıb.
Daha sonra, 2024-cü il noyabrın 28-də “Gürcü Arzusu” hökuməti bəyan
edib ki, 2028-ci ilədək Avropa İttifaqına üzvlüklə bağlı
danışıqların başlanması məsələsini gündəmə gətirməyəcək.
ABŞ-la münasibətlər də pisləşib. 2024-cü il noyabrın 30-da
Vaşinqton ABŞ-Gürcüstan strateji tərəfdaşlığını dayandırıb. Dövlət
Departamenti bu qərarı “Gürcü Arzusu”nun antidemokratik addımları
və Gürcüstanın Avropa İttifaqına üzvlük prosesinin dayandırılması
ilə əlaqələndirib.
Uilsonun tənqidi
79 yaşlı Co Uilson “Gürcü Arzusu” hökumətinin ən kəskin
tənqidçilərindən biridir. O, Tbilisini Moskva, Pekin və Tehranla
fəallaşan ticarət və siyasi əlaqələrə görə tənqid edir, “Gürcü
Arzusu”na və hökumət rəhbərlərinə qarşı sərt sanksiyaların tətbiq
edilməsini tələb edir və bu istiqamətdə bir sıra təşəbbüslərin, o
cümlədən “Dost Aktı”nın müəllifidir.
Gürcüstan hakimiyyəti Uilsonun tənqidini qərəzli hesab edir və onu
Gürcüstan müxalifəti ilə əlaqəli siyasətçi kimi təqdim edir.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.