Azərbaycan tərəfindən Gürcüstan istiqamətinə təbii qazın verilməsi barədə müqavilənin müddəti 20 il müddətinə uzadılıb

Gürcüstan və Azərbaycan hökumətlərarası danışıqların uğurla yekunlaşması nəticəsində Azərbaycan tərəfindən

Gürcüstan istiqamətinə təbii qazın verilməsi barədə müqavilənin müddəti 20 il müddətinə uzadılıb.

Müqavilədə nəzərdə tutulmuş təbii qazın tam həcmi Gürcüstanın sosial qaz sektorunun tələbatının ödənilməsinə yönəldiləcək və müvafiq olaraq, bu sektorun fasiləsiz və sabit təchizatının zəmanəti olacaq.

Hökumətlərarası sazişə, həmçinin Bakı-Supsa neft kəmərinin Gürcüstan hissəsi ilə bağlı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "SOCAR Midstream Operation LLC" şirkəti ilə əməliyyat müqaviləsinin imzalanması da daxildir.

Müqavilə yalnız qeyd olunan boru kəmərinin fəaliyyətinin və tranzit marşrutunun saxlanılmasını deyil, həm də Bakı-Tbilisi-Supsa boru kəmərinin və Supsa terminalının istismarı məsələsini də müəyyən edir.

"Bu, qonşumuz Azərbaycanla dostluq və qarşılıqlı hörmətə əsaslanan danışıqlar idi və biz qarşılıqlı faydalı razılaşmalar əldə etdik.

Qətiyyətlə demək olar ki, bu, sosial qaz sektorunun fasiləsiz təchizatı, eləcə də elektrik enerjisinin idxalı və tranziti kimi strateji əhəmiyyətli istiqamətlərdə tarixi əhəmiyyət kəsb edən 20 illik müqavilələrdir.

Həmçinin strateji Bakı-Supsa boru kəməri ilə bağlı vacib istiqaməti də vurğulamaq lazımdır ki, bu barədə də 20 illik saziş əldə etmişik. Bildiyiniz kimi, sözügedən boru kəməri son bir neçə ildə fəaliyyət göstərmirdi. Müvafiq olaraq, Azərbaycan tərəfi onun istismarını davam etdirmək öhdəliyini götürür ki, bu da ölkəyə əlavə gəlir gətirəcək", —
deyə İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Qenadi Arveladze bildirib.

Mənbə: Rustavi 2

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google