Sozar Subari: “Cəmiyyətin düzgün məlumatlandırılması işində ‘Xalqın Gücü’ olaraq buzqıran gəminin rolunu oynadıq”
Parlament sədrinin müavini, “Xalqın Gücü” partiyasının sədri Sozar Subari Avropa İttifaqı və Avropa Şurası tərəfindən qəbul edilmiş qətnamələrə münasibət bildirib. O deyir ki, bu sənədlər Avropa İttifaqının Gürcüstana münasibətdə siyasətinə təsir göstərə bilər. Lakin onun fikrincə, həmin sənədlər ədalətsiz və yanlış məlumatlara əsaslanır və onların nəzərə alınması yolverilməzdir.

“Hakimiyyət nümayəndələrindən Gürcüstanla bağlı Avropa İttifaqı və Avropa Şurası

tərəfindən qəbul edilən qətnamələrin saman qiymətində olduğu barədə fikirləri tez-tez eşidirik. Əslində isə belə deyil. Bu cür qətnamələrin hər birinin mənfi təsiri var, çünki nəticə etibarilə onlar Gürcüstana qarşı həyata keçirilən siyasətə təsir göstərir və vətənimizdə baş verənlərlə bağlı yanlış təsəvvürlər formalaşdırır.

Digər tərəfdən, bu qətnamələr, bir qayda olaraq, tamamilə ədalətsizdir və yalan məlumatlarla doludur. Buna görə də onların qəbul edilməsi və nəzərə alınması mümkün deyil və edilməməlidir.

Təbii ki, avrobürokratların Gürcüstana qarşı daha ədalətli və vicdanlı münasibət göstərmələrini istərdik. Lakin digər tərəfdən, onların yürütdükləri bu cür ədalətsiz və çox vaxt düşmənçilik xarakterli siyasət gözləntilərinin tam əksinə nəticə verib. Gürcüstan cəmiyyətində həm avrobürokratiyaya, həm də onların Gürcüstanda dəstəklədikləri partiyalara və QHT-lərə inam kəskin şəkildə azalıb. Çünki insanlar həqiqətin harada, yalanın harada, ədalətin harada, ədalətsizliyin isə harada olduğunu yaxşı görür və buna uyğun qərarlar qəbul edirlər”,
— deyə Subari bildirib.

Onun sözlərinə görə, partiya Gürcüstanın Rusiya-Ukrayna müharibəsinə cəlb olunmaq təhlükəsi barədə cəmiyyəti məlumatlandırıb və ölkəni bu təhlükədən qoruyub.

“Cəmiyyətin düzgün məlumatlandırılması işində bizim partiyamız — ‘Xalqın Gücü’ həqiqətən də buzqıran gəminin rolunu oynayıb və vətənimizi böyük təhlükədən qorumaqda əsas pay sahiblərindən biri olub. Mən Gürcüstanı Rusiya-Ukrayna müharibəsinə cəlb etmək cəhdlərini nəzərdə tuturam. Bu cəhdləri bizim guya ‘xarici dostlarımız’ və onların yerli agentləri — radikal müxalifət, ondan heç də az radikal olmayan QHT-lər və özlərini ‘ekspert’ adlandıran şəxslər — bütün gücləri ilə həyata keçirməyə çalışırdılar”,
— deyə Sozar Subari bildirib.

Mənbə: news.on.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google