"Qadın prezident Gürcüstandakı qadınlar və dünya üçün güclü siqnaldır" - Zurabişvili

“Qadın prezident Gürücstanda qadınlar kimi dünya üçün də güclü siqnaldır”- deyir Salome Zurabişbili.

MSK-nın ön göstrəicilərinə əsasən o, prezident seçkilərində qalib gəlib. O, BBC-nin qadın prezidentlə bağlı suallarına cavab verib və qeyd edib ki, Gürcüstanın ilk qadın prezidenti olmaq möhtəşəmdir.

“Amma Gürcüstan çox hallarda güclü kişi siması ilə assosiasiya olunru” – BBC-nin jurnalistinin bu qeydinə Zurabişvili cavab verib: “Xeyr, əlbəttə bu fake nyus deyil, amma bu bizim ölkə haqda düzgün təsəvvür də deyil. Gürcüstan tarixi və mədəniyyətində çox güclü qadınlar olub. Bizim ölkəni həqiqətən də qadın suya çəkib və bizim ölkə üçün ən yaxşı vaxtda Gürcüstana qadın rəhbərlik edirdi və ona Çar deyirdilər çünki güclü idi.

Belə ki, qadının prezident olmasına qarşı heç bir şey yoxdur. Mən düşünürəm ki, bunun dünya arenasında böyük əhəmiyyəti var. Dünyada yalnız 10 qadın prezident var və Gürcüstan onlardan biridir. Mən düşünürəm ki, bu Gürcüstanda qadınlar üçün və dünya üçün güclü siqnaldır. Düşünürəm ki, bu təcrübədən ölkədə qadınlar arasında olan həmrəylik üçün istifadə edəcəm”.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები