Baş nazir - Seçkilərin nəticəsini şübhə altına almaq üçün bütün cəhdlər məğlubiyyətə uğrayacaq

Ümumi hesabda, bizim hamımız gördük ki, prezident seçkiləri konkret, azad mühitdə keçirildi.

Bu isə gürcü demokratiyası üçün daha bir qələbədir”- bu haqda baş nazir Mamuka Baxtadze Gürcü Arzusu partiyasının mərkəzi ofisində baş tutan brifinqdə bildirib.

Mamuka Baxtadzenin sözlərinə görə seçki dövründə eksceslər və provokasiyalar var idi. Onlar nəticələrə təsir etmədi.

“Gürcü arzusu” seçkilərin şəffaf, azad və demokratik mühitdə keçirilməsi ənənəsinin əsasını qoydu və biz maksimum dərəcədə bu tapıntını qoruyuruq. Buna baxmayaraq ki, bəzi hallarda eksceslər və provokasiyalar oldu onlar seçkilərin nəticəsinə təsir etmədi. Bunu yerli və ya beynəlxalq müşahidəçi missiyaların birmənalı şəkildə müsbət nəticələri də təsdiqləyir. Rəqiblər çalışsalar da bunu heç kim dəyişə bilməyəcək. Necə ki, başqa əvvəlki seçkilərdə biz müəyyən rekomendasiyalar aldıq və təbiidir ki, bu rekomendasiyaları nəzərə alacağıq. Ümumi hesabda hamımız gördük ki, prezident seçkiləri konkret, azad mühitdə keçirildi. Bu isə gürcü demokratiyası üçün daha bir qələbədir. Tam cavabdehliklə demək istəyirəm ki, bu qələbə və gürcü xalqının seçimini kölgədə qoya bilməz. Seçkilərin nəticəsini şübhə altına almağın bütün cəhdləri məğlubiyyətə uğrayacaq” - deyib Baxtadze.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google