Sergeenkonun sözlərinə görə, qripin mövsümi kəskinləşməsi bu il büdcəyə təqribən, 11 mln lariyə başa gələcək
Gürcüstanın Səhiyyə naziri Davit Sergeenkonun sözlərinə görə, bu il mövsümi qripin kəskinləşməsi büdcəyə təqribən 10 milyon lariyə başa gələcək. Buna qripə qarşı preparat “Tamiflunun” əldə edilməsinə ödənən 1 milyon lari də əlavə olunacaq.

Onun sözlərinə görə, qripin, eləcə də H1N1-in dinamikası azalır və ola bilsin fevralda təkrar pik nöqtə qeydə alınmasın. Sergeenko eləcə də qeyd edib ki, mövsümi qripin müddəti təqribən ay yarım çəkir.

“Fevralda az pik güman edirik. çünki Avropada da eyni vəziyyətdir – qrip xəstəliyi artır. Biz təqribən üç həftəlik dövrlə onların fazasından irəlidəyik. Güman edirik ki, bizdə fon vəziyyətinin qayıtmasından sonra adamların səyahət etməsi nəticəində ola bilsin Avropadan yenidən virus gətirilsin. Ancaq bu böyüklükdə və uzun müddətli olacağını güman etmirik. Ola bilsin pik olmasın sadəcə nəzəri olaraq güman edirik” – deyir Sergeenko.

Peyvəndlərə gəldikdə isə Sergeenko deyir ki, qanunla peyvəndləmə oktyabrda və ya noyabrın ilk yarısında olur və məqsədli populyasiyanın 85%-ni əhatə edir. Nazirin izahatına görə, qalan 15% risk qruplardır və onlar arasında hamilələr də var.

Sergeenko deyir ki, qripə qarşı əlavə 3 000 vaksinin bölünməsi zamanı prioriteti yenidən hamilələr və yataq xəstələri təşkil edəcəklər. Ancaq nazirlik vaksinləri real ehtiyaca əsasən müəyyən edəcək.
“Heç kim ehtiyacı olduğu halda bu vacib xidməti almadan qalmayacaq”- deyir o.

Davit Sergeenkonun sözlərinə görə, hər mövsümi kəskinləşmə dövlətə güman ki, 10 milyon lariyə başa gələcək. Bu il isə məbləğə preparat “Tamiflu”nun əldə edilməsi üçün ayrılmış 1 milyon lari də əlavə olunacaq. Səhiyyə nazirliyinin 11 yanvar qərarına görə, qeyd olunan medikament lazım olan halda vətəndaşlara pulsuz veriləcək.

Netgazetiyə Səhiyyə Nazirliyindən verilən məlumata görə hələ ki, qrip və ya qripə oxşar xəstəliklərə görə 800 xəstə hospitallaşdırılıb. 15 yanvar göstəricilərinə görə, H1N1 qripinin virusundan 17 nəfərin ölümü faktı laborotoloji olaraq təsdiqlənib.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google