Müəllimlərin qiymətləndirilməsi üçün təyin olunan kredit balları ləğv olunacaq və onların sertifikatlaşdırılması üçün yeni model daxil olacaq
Təhsil və Elm Nazirliyinin məlumatına görə,
müəllimlərin sertifikatlaşdırılmasının yeni modeli və əmək haqqı
siyasəti işlənilib təsdiqlənəcək.
Nazirliyin izahatına görə, qeyd olunan model yaxın gələcəkdə
təsdiqlənəcək.
Belə ki, müəllimlər üçün kredit balları ləğv olunacaq və pedaqoqlar
özünü qiymətləndirmə öhdəliyindən azad olacaqlar. Təhsil nazirliyin
məlumatına görə ixtisaslara kadrların daxil edilməsi yolu
asanlaşdırılacaq və sürətləndiriləcək. Eləcə də təhsil sistemi
reforması çərçivəsində 2021-2023-cü illərdə Gürcüstanın bütün
yetirmələri üçün məktəbə hazırlıq proqramı təmin ediləcək.
Təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvilinin təhsil
sisteminin əsaslı reformasının təqdimatında bildirdiyinə görə
2019-2020-ci illərdə müəllimlərin özünü qiymətləndirməsi və
portfoliyoya yükləməsi öhdəliyi ləğv olunacaq. Belə ki, müəllim
statusunun əldə edilməsi üçün statusa uyğun kvalifikasiya imtahanı
qəbul ediləcək. Reforma çərçivəsində müəllimlər əsaslı olaraq-dərs
prosesinin müşahidə olunması və imtahan yolu ilə
qiymətləndirəcəklər.
Bundan əlavə Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyinin
bəyanatına görə yeni tədris proqramlarının və inkluziv və mülki
təhsil prinsipinə əsaslanacaq resursların əsası qoyulacaq.
Xatırladaq ki, reforma çərçivəsində 2018-2019-cu tədris illərində
11-ci və 12-ci sinflərdə buraxılış imtahanları ləğv olunub. Belə
ki, 2020-ci ildən qəbul imtahanları üç vacib fəndən keçiriləcək:
Gürcü dili və xarici dil. Üçüncü isə texniki, humanitar istqamətdə
isə tarix fənni olacaq.