Son göstəricilərə əsasən "donuz qripindən" 22 nəfər dünyasını dəyişib
11:57 / 13.02.2019
Son
göstəricilərə görə qripdən xəstələnənlərin laboratoloji olaraq
təsdiqlənmiş sayı 22-dir.
Bu
haqda İPN-ə Xəstəliklərin Kontrolu və İctimai Sağlamlıq üzrə Milli
Mərkəzdən bildiriblər.
Onların məlumatına görə, qripdən xəstələnənlərin göstəricisi 100
000 əhaliyə 186-nəfəri təşkil edir və xəstəliyin yayılması
azalır.
Xəstəliklərin Kontrolu və İctimai Sağlamlıq üzrə Milli Mərkəzinin
direktoru Amiran Qamğrelidze bildirir ki, respirator xəstəliklərlər
yerləşdirilənlərin sayı da azalır. Baxmayaraq ki, Qamğrelidze
cəmiyyəti ehtiyatlı olmağa və gigiyenik normaları qorumağa çağırır,
çünki onun fikrincə Avropada qripdə yoluxanların piki fevralda
qeydə alınır.
“Qripə yoluxanların göstəricisi azalır və bugünkü göstəricilərlə
100 000 əhaliyə 186-dır, keçən həftə 211 təşkil edib. Xatırladaq
ki, pik dekabrın son həftəsində olub və onda 100 000 əhaliyə
xəstəlik göstəricisi 277 idi. Eləcə də ağır xəstəliklə
yerləşdirilənlərin göstəricisi 18,2%-ə qədər enib, keçən həftə isə
21% idi” - Amiran Qamğrelidze deyib.