“Dezertir bazarı”nda mənşəyi məlum olmayan yarım ton ət müsadirə olunub
Milli Ərzaq Agentliyinin Tbilisi Şəhər Xidmətinin müfəttişləri “Dezertir bazarı”nda ət satışı ilə məşğul olan obyektlərdə yoxlama aparıblar.

Agentliyin məlumatına görə, yoxlamalar zamanı aşağıdakı pozuntular qeydə alınıb: sanitar-gigiyenik normaların pozulması; ətin saxlanılması və satışı üçün uyğun olmayan şərait; istifadə müddəti keçmiş müxtəlif növ ətin, o cümlədən at ətinin qanunsuz olaraq satılması, sağlamlıq haqqında nişanı olmayan ət və s. Biznesoperatorlara qanunla nəzərdə tutlmuş sanksiyalar tətbiq olunub.

“Milli Ərzaq Agentliyinin müfəttişləri tərəfindən mənşəyi məlum olmayan yarım ton ət müsadirə olunub ki, bu da qanunvericiliyə əsasən məhv edilib.

Bundan başqa, qeyd olunan ərazidə qeyri-mütəşəkkil ticarət – küçə ticarəti şəraitində tez xarab olan məhsulların satışı faktları da aşkarlanıb. Milli Ərzaq Agentliyi bununla bağlı Tbilisi meriyasının bələdiyyə müfəttişliyinə məlumat verib”,
– bəyanatda qeyd olunub.

Agentliyin məlumatına görə, aşkarlanmış pozuntulara görə aşağıdakı biznesoperatorlar cərimə olunub:
“İberia” MMC, “Orioni” MMC, fərdi sahibkar Vepxvia Sarişvili, “Dante” MMC, “Leqo 2011” MMC, fərdi sahibkar Bakur Asitaşvili. Fəaliyyət arealı – “Dezertir bazarı”ndakı tunel adlanan yerdəki ət satışı obyektləri.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
თეგები: ხორცი
FaceBook Twitter Google
მსგავსი სიახლეები