Vətəndaşların etnik işarə ilə bölünməsi qəbul edilməzdir - Lomcaria Caşa qarşı bildirib
Gürcüstan Xalq Müdafiəçisi Nino Lomcaria parlamentari Mariam Caşini tənqid edib və onun Gürcüstanda yaşayan etnik azərbaycanlı əhali haqqında bəyanatını qəbul edilməz adlandırıb.

Mariam Caşinin Gürcüstanda yaşayan etnk azərbaycanlı və Azərbaycanda yaşayan etnik gürcü əhali haqqında müsahibəsini Birinci Kanal 26 fevralda yayımlayıb.

Mariam Caşinin sözlərinə görə, Azərbaycanda yaşayan gürcülərin hüquqları Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlrı ilə təhsil və başqa xidmətlərdə bərabər olmalıdır.

“Əməkdaşlığa əsaslanacaq birgə yanaşma haqqında düşünməliyik”
- Birinci Kanalın məlumatına görə Mariam Caş deyir.

Bununla bağlı çoxluq deputatlarından biri Zviad Kvacantiradze də danışıb:

“Biz çalışacağıq ki, problemin həlli bizim azərbaycanlı dostlarla və tərəfdaşlarla birgə olsun. Azərbaycan Respublikası ilə çox böyük strateji əməkdaşlığımız və dostluğumuz var. Eləcə də tarixi olaraq yaxşı münasibətlərimiz olub. Bu isə Azərbaycan ərazisində yaşayan gürclərin qarşısında duran problemlərin həllinə əsas olacaq. Biz də çalışırıq ki, Gürcüstanda yaşayan azərbaycanlıların problemləri həll olunsun və qaydasına salınsın” - Zviad Kvacantiradze Birinci Kanala bildirib.

Xalq Müdafiəçisi Nino Lomcaria məhz deputatların bu bəyanatını tənqid edib.

“Mariam xanım, Gürcüstanda yaşayan etnik azərbaycanlı vətəndaşlar Gürcüstanın gürcü və ya digər vətəndaşları kimi eyni hüquqa malikdirlər. Gürcüstan vətəndaşlarının etnik işarə ilə bölünməsi ümumiyyətlə qəbul edilməzdir. Vətəndaşlarımızın hüququnu qoruyuruqsa etnik azlıqların hüququ da qorunmalıdır, bu bizim ölkənin işidir. Azərbaycana və ya başqa ölkələrə göstərmək üçün yaxud kontur gəlir qazanmaq, hansısa maraqlardan dolayı bunu etməməliyik və bu məsələdən istifadə olunmamalıdır. Mən düşünürəm ki, sizin bəyanatınız səhv mesajlar daşıyır” - Xalq Müdafiəçisi facebookda ictimai şəkildə yayımlanmış paylaşımda yazır.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google