Operativ məlumat əsasında keçən il Gürcüstana 139 nəfər xarici vətəndaş buraxılmayıb (VİDEO)
23:27 / 22.04.2019
Keçən il 1200 nəfər saxta sənədlər yolu ilə
Gürcüstanda leqal yaşamaq hüququ əldə etməyə cəhd
edib.DTX-nin direktorunun birinci müavini Qriqol
Liluaşvilinin parlamentin iclasında bildirdiyinə görə qeyd olunan
şəxslərin ölkədən çıxarılması tədbirlərinə müxtəlif müəssisələr
qoşulub.
“DTX tərəfindən 1200 nəfər saxta sənəddən istifadə
edərək Gürcüstanda leqal yaşamaq hüququ əldə etməyə cəhd edən şəxs
aşkarlanıb. Qeyd olunan şəxslərin ölkədən çıxarılması, eləcə də
inzibati və ya cinayət məsuliyyətinə cəlb olunması məqsədi ilə
təhülkəsizlik xidməti fəal şəkildə Ədliyyə və DİN ilə birgə
çalışırdı” – Qriqol Liluaşvili bildirib.
DTX-nın hesabatına görə ölkəyə operativ məlumat əsasında xarici
ölkənin 139 vətəndaşı buraxılmayıb. DTX-nın rəhbərinin birinci
müavini Qriqol Liluaşvilinin açıqlamasına görə 2018-ci ildə DTX-nin
kəşfiyyat Departamentində istintaq 21 cinayət işi başlayıb, cinayət
məsuliyyətinə isə 48 nəfər verilib.
DTX-nin hesabatı 27 səhifəlikdir və onda DTX-nın 2018-ci il
fəaliyyəti təsvir olunub.