İqtidar partiyasının namizədi səs verməyə ailəsi ilə birlikdə gəlib(VIDEO)
11:41 / 19.05.2019
“Mən prinsipial seçim etdim”, –
“Gürcü Arzusu”nun mer vəzifəsinə namizədi Zaur Darğallı
Marneulidəki 85 saylı məntəqədə səs verdikdən sonra deyib.
Darğallı səs verməyə ailəsi ilə birlikdə gəlib.
verdim”, – iqtidar partiyasının mer vəzifəsinə namizədi deyib.
Zaur Darğallı qeyd etdi ki, seçkilərdə ona dəstək olanlar sayəsində
mütləq qalib gələcək.
Hakim partiya “Gürcü Arzusu”nun namizədi Zaur Darğallı üçün bu ilk
seçkidir. İxtisasca ingilis dili mütəxəssisi olan namizədin siyasi
nailiyyətləri 2013-cü ildə “Gürcü Arzusu”nun rayon gənclər
təşkilatına rəhbər olması ilə başladı. O, daha sonra Barışıq və
Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatının Kvemo
Kartli üzrə nümayəndəsi vəzifəsini tutub. Darğallı 2017-ci ildən
isə Kvemo Kartli qubernatorunun müavini olub və bu vəzifəni
növbədənkənar mer seçkilərində namizəd kimi iştirakı ilə əlaqədar
olaraq tərk edib.
“Gürcü Arzusu”nun üzvü olanadək Zaur Darğallı 2011-2013-cü illərdə
Marneuli Mülki Məşğulluq Mərkəzinin koordinatoru kimi çalışıb, o,
2008-2011-ci illər ərzində Marneuli Gənclər Mərkəzinin proqram
meneceri olub, 2010-2011-ci illərdə Marneuli Gənclər Bankının
mentoru və təlimçisi, 2007-2010-cu illərdə isə həmin bankın üzvü
olub.
Onun mülkiyyətində 2017-ci ildə 60 000 lariyə aldığı Mercedes Benz
GL 450 avtomobili var. O, bəyannamə doldurarkən həyat yoldaşı Rəna
Nurməmmədovanın adına qeydiyyatda olan Marneulidəki 625 kv.m.
torpaq sahəsini qeyd etməmişdi. 30 yaşlı Zaur Darğallı İctimai
Xidmət Bürosu tərəfindən bəyannaməni qeyri-düzgün doldurduğuna görə
cərimə olunan vəzifəli şəxslərdən biridir.
Zaur Darğallı sakinlərlə görüşünü “Mən sizin dəstəyinizə inanıram,
biz birlikdə qalib gələcəyik” şüarı ilə keçirirdi.
Marneuli meriyasında qeyri-gürcü dilli sakinlərin bələdiyyətə baş
verən hadisələr barədə məlumat ala bilməsinə və meriyanın işində
iştirakına kömək edəcək xüsusi xidmətin yaradılması Zaur
Darğallının planlarına daxildir. İqtidar partiyasının namizədi
inzibati ərazi vahidlərində uşaq bağçaları və idman meydançalarının
tikilməsi, kəndlərdə daxili yollar, küçə işıqları və içməli su
problemlərinin həllini də vəd edir. O, mer seçiləcəyi təqdirdə
meriya əməkdaşlarının hazırlıq keçəcəyini də vəd edir.