Xəbərlər
"Rustavi 2" 23 sentyabrdan yeni efirə başlayacaq
Yayım şirkəti Rustavi2 yenilənmiş efirə və “Kurieri” xəbərlər buraxlışının yayımına 23 sentabrdan başlayacaq.
Bu haqda İPN-ə kanalın baş direktoru Paata Salia məlumat verib.

Salianın qeyd sözlərinə görə, həmin gün efirdə səhər verlişi də yayımlanacaq. Ambebi.ge-nin məlumatına görə, saat 21:00-dan “Kurieri” xəbər buraxılışını Nino Şubladze və İrakli İmnaşvili aparacaq.

Məlumat üçün qeyd edək ki, “Kurieri” xəbər buraxlışının keçmiş aparıcıları Diana Cocua və Mixeil Sesiaşvili 20 avqustda tamaşaçılarla sağollaşıblar. Ondan sonra kanalda xəbər buraxlışı yayımlanmayıb.

Mənbə: Netgazeti
FaceBook Twitter Google
დაიცავი დისტანცია