Marina Ezuqbaianın sözlərinə görə, koronavirusa ilk yoluxmuş şəxsin təkrar analizləri onun sağaldığını göstərib
Koronavirusa yoluxmuş ilk xəstə sağalıb. Bu barədə Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaia məlumat verib.

Onun sözlərinə görə, ötən gün təkrar analiz götürülüb və “CoVid-19” üçün cavab mənfi olub.

“Bilirsiniz ki, koronavirusa ilk yoluxma 26 fevral tarixində olmuşdu. 14 gündən sonra təkrar test keçirilmişdi və az da olsa virus var idi. Ötən gün yenə analiz götürüldü və mənfi cavab aldıq. Bu çox yaxşı faktdır. Lakin qaydalara görə, 24 saat ərzində yenə analiz götürülməlidir və yenə mənfi cavab alarsaq, deyə bilərik ki, o, sağalıb. Ümid edirik ki, bu doğurdan da belə olacaq”, – Ezuqbaia deyib.

Xatırladırıq ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı 26 fevral tarixində İrandan Gürcüstana gələn 50 yaşlı kişidə aşkarlanmışdı.

Mənbə: İnterPressNews
Print