Marneulidə bankların yanında polislər durur (FOTO/VİDEO)
15:35 / 25.03.2020
23 mart tarixində Marneulinin karantin zonası elan edilməsindən
sonra bankomatların yanında çox sayda əhali toplanmağa
başlayıb.
Vətəndaşlar banklardan pul çıxarmağa çalışırlar.
Bu gün, 25 mart tarixində Marneulidə olan bankomatların yanında
patrul polisi və yerli özünüidarəetmə nümayəndələri durublar.
Marneuli meri Zaur Darğallının “Marneuli” radiosuna verdiyi
məlumata görə, bankomatların qarşısında polislərin səfərbər
edilməsi əhalinin çox olması ilə əlaqədardır. Onun sözlərinə görə,
meriya və polis nümayəndələri vətəndaşların məsafə saxlamasına
nəzarət edirlər.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166