"Salam" platforması Tbilisi Dövlət Azərbaycan dram teatrının işdən çıxarılan əməkdaşlarına münasibət bildirdi
Salam Platforması Tiflisin Dövlət Azərbaycan Dram Teatrının bədii
rəhbəri, Turqay Vəlizadə tərəfindən teatrın 11 əməkdaşının işdən
azad olunması faktına rəy bildirir.
Hər şeydən öncə qeyd olunmalıdır ki, Gürcüstanın azərbaycandilli
icmasını narahat edən ən önəmli məsələlərdən biri də teatrla
bağlıdır. İctimaiyyətin cəhdlərinə baxmayaraq teatr hələ də üzərinə
düşən öhdəlikləri yerinə yetirmir. Təəssüf ki, adı çəkilən teatr bu
gün də simasız və çirkli siyasət aləti olaraq qalır. İncəsənət
xadimləri aktyorların nə resursları, nə də imkanları yoxdur ki,
azərbaycandilli icmanın demək istədilərini icma daxilində və bütün
Gürcüstanda tam ifadə edə bilsinlər.
Təəssüf ki, Mədəniyyət Nazirliyi bu günə qədər sovet totalitar və
qeyri-demokratik idarə prinsipindən istifadə edir, teatrın
aktyorları ilə məsləhətləşmədən və onların mövqelərinin əksinə
bədii rəhbərlər təyin edir. Bədii rəhbərlər isə peşəkarlığına,
bacarığına və yaradıcı fantaziyasıya görə deyil, əksinə daxili və
xarici qüvvlərin idarəçilik istərləri əsasında seçilir.
Salam olaraq düşünürük ki, bu gün Tiflis Dövlət Azərbaycan Dram
Teatrında baş varən krizis bədii rəhbərin aldığı konkret qərarın
deyil, əksinə, illər öncə dövlətin və mədəniyyət nazirliyinin
yanlış mövqeyi və baxışlarının nəticəsidir.
Salam Platforması Mənədiyyət Nazirliyi ilə Sülh və Vətəndaş
Bərabərliyi Məsələləri üzrə dövlət nazirini mövcud vəziyyəti düzgün
dəyərləndirərək teatrda baş verən hadisələrə çevik və uyğun
reaksiya verməyə çağırır.
Bu gün mövcud olan vəziyyəti nəzərə alaraq dövlət, qeyri-hokumət
sektoru, iş adamları və fəallar bütün vətəndaşları evdə qalaraq
koronavirusun yayılmasına mane olmağa səsləyir. Hal-hazırda bir çox
Gürcüstan vətəndaşı evlərindən çıxmayaraq aclıq təhlükəsi ilə
üz-üzə qalır. Hətta bu ağır vəziyyətdə dövlət kiçik biznes
təşkilatlarını öz işçilərini maaşsız məzuniyyətə göndərməməyə
çağırır. Bütün bunlar qarşısında, uzun müddət ərzində cüzi miqdarda
maaş alaraq Gürcüstanın rəngarəng mədəniyyətinin parlaması üçün
sevgi və şücaətlə çalışan 11 nəfərin bədii rəhbər tərəfindən
teatrdakı işlərindən azad olunması faktını qınayırıq!
Salam Platforması işdən, teatrdakı vəzifələrindən azad edilmiş 11
nəfərin yanında olduğunu bildirir. Biz hüquq-mühafizə
təşkilatlarını aktiv şəkildə prosesə qoşularaq işdən azad edilmiş
əməkdaşların maraqlarını qorumağa çağırırıq.