Sürücülər üçün yazılmış cərimələrin ödənmə müddəti uzadılıb
Daxili İşlər Nazirliyinin məlumatına görə, inzibati qayda pozuntusuna görə cərimələrin ödənmə vaxtı uzadılıb. Vətəndaşlar indiyə kimi, yaxud fövqəladə vəziyyət olan dövr ərzində olan cərimələri yalnız fövqəladə vəziyyət başa çatdıqdan sonra ödəyə bilər.

Hökumət tərəfindən müəyyən edilmiş güzəşt dövrü yazılmış cərimələrin ödənməsinə və eləcə də ödənməmiş cərimələrə əlavələrə aiddir. Bundan başqa, ödənməmiş cərimələrin Milli Büroya göndərilməsi müəyyən müddət ərzində təxirə salınır və ödənmədiyinə görə şəxsin sürücülük hüququ əlindən alınmır.

“Xüsusi olaraq qeyd etmək istəyirik ki, patrul polisi 24 saatlıq rejimdə ictimai asayişin qorunmasına davam edir və yol verilmiş hər hansı inzibati qayda pozuntusuna görə cərimə yazılması mövcud qaydaya əsasən olacaq. Yuxarıda qeyd olunan dəyişiklik yalnız ödəmə müddətinə aiddir”, — DİN-nin bəyanatında qeyd olunur.

DİN-nin məlumatına görə, vətəndaşlar nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətini keçirdiklərinə görə fövqəladə vəziyyət dövründə cərimələnməyəcəklər.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google