Daxili İşlər Nazirliyinin məlumatına görə, inzibati qayda
pozuntusuna görə cərimələrin ödənmə vaxtı uzadılıb. Vətəndaşlar
indiyə kimi, yaxud fövqəladə vəziyyət olan dövr ərzində olan
cərimələri yalnız fövqəladə vəziyyət başa çatdıqdan sonra ödəyə
bilər.
Hökumət tərəfindən müəyyən edilmiş güzəşt dövrü yazılmış
cərimələrin ödənməsinə və eləcə də ödənməmiş cərimələrə əlavələrə
aiddir. Bundan başqa, ödənməmiş cərimələrin Milli Büroya
göndərilməsi müəyyən müddət ərzində təxirə salınır və ödənmədiyinə
görə şəxsin sürücülük hüququ əlindən alınmır.
“Xüsusi olaraq qeyd etmək istəyirik ki, patrul polisi
24 saatlıq rejimdə ictimai asayişin qorunmasına davam edir və yol
verilmiş hər hansı inzibati qayda pozuntusuna görə cərimə yazılması
mövcud qaydaya əsasən olacaq. Yuxarıda qeyd olunan dəyişiklik
yalnız ödəmə müddətinə aiddir”, — DİN-nin bəyanatında
qeyd olunur.
DİN-nin məlumatına görə, vətəndaşlar nəqliyyat vasitələrinin
texniki baxışdan keçmə müddətini keçirdiklərinə görə fövqəladə
vəziyyət dövründə cərimələnməyəcəklər.