Marneuli və Hucabi Yepiskopu Qiorqi (Camdeliani) “İnsan
Hüquqlarının Araşdırılması və Monitorinqi Mərkəzi” (EMC)
qeyri-hökumət təşkilatı nı,
Samirə Bayramovanı və Ümum Gürcüstan Müsəlmanlarının Ali Dini
İdarəsini destruktv qüvvələr adlandırıb və onları dini və etnik
zəmində mübahisə yaratmaqda ittiham edib.
Şeyx Mirtağı Əsədovun Marneuli və Hucabi yepiskopunun bəyanatı ilə
bağlı şərhini olduğu kimi sizə təqdim edirik:
“Bildiyiniz kimi Marneuli rayonunun büdcəsindən gürcü
kilsəsinin Marneuli (Hucabi) yeparxiyasına 400 000 lari ayrılıb və
baxmayaraq ki, Marneuli sakinlərinin əksəriyyəti məhz
müsəlmanlardır, məscidlərə yalnız 10 000 lari verilir. Bu yanaşma
diskriminasiya xarakterli və ədalətsizdir. Belə ki, Bütün Gürcüstan
Müsəlmanlarının Ali Dini İdarəsi olaraq eləcə də mülki fəal Samirə
Bayramova və İnsan Hüquqlarının Araşdırılması və Monitorinq Mərkəzi
(EMC) keçən ay məhkəməyə müraciət etdik. Biz öz ölkəmizdə –
Gürcüstanda heç bir şəkildə dini diskriminasiyanı dəstəkləmirik,
sadəcə ədalətli yanaşma tələb edirik. Amma təəssüf ki, özümüz belə
yanaşmaların qurbanı oluruq. Ancaq müsəlman dini təşkilatı olaraq
dinlər və konfessiyaların dialoqu üçün ilk addım atan biz olduq,
Mariamoba münasibəti ilə Marneulidə Tbilisinin əlimiz çatan
kilsələrində təbrik əlaməti olaraq qızıl güllər paylamağa məhz ilk
biz başladıq. Eləcə də dəfələrlə kilsədə çıxış etmişəm, dostluq və
bərabərlikdən söhbət açmışam. Müxtəlif dini nümayəndələrin çətin
anlarında yanında olmuşam. Müsəlman ayinlərinə yaxud bayramlarına
müxtəlif din nümayəndələrini dəfələrlə dəvət etmişəm. Ayrıca
toplantılarda öz dinlərini, ənənələrini tanış etmələrini xahiş
etmişəm.
Bizim ölkədə çox problem var, bunu özümüzdən başqa dinin və
konfessiyaların nümayəndələri ilə yanaşı biz müsəlmanlar da hiss
edirik. İstəyirik ki, Gürcüstan müxtəlif din nümayəndələri üçün
sülh, qarşılıqlı hörmət və bərabərhüquqluluq məkanı olsun.
Buradaca Allahdan istəyirəm ki, tezliklə bizim vətəni və bütün
bəşəriyyəti covid-19-dan xilas etsin, amin”, – Ümum
Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin şeyxi Seyid Mirtağı
Əsədov.