Yağlıca təpəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı 2 Rustavili kişi dünyasını dəyişib (video)
Yağlıca təpəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı 2 Rustavili kişi dünyasını dəyişib.
Dünyasını dəyişənlər 27 yaşlı Davit Demetraşvili və 43 yaşlı Davit Meladzedir.

Dünyasını dəyişən şəxsin dostunun “İnfo Rustavi”yə verdiyi məlumata görə, kişilər səhərə yaxın xaçın yanına qalxmaq istəyirmişlər. Xatırladaq ki, Rustavi-Qırmızı Körpü yolu Marneulidə tətbiq olunan karantinə görə bağlıdır.

“Hərbçilər buraxılış məntəqəsindən maşını geri qaytarıblar, magistralda isə təhlükəli döngə var. Məhz həmin yerdə sükanı saxlaya bilmədiklərinə görə avtomobil beton bəndə çırpılıb”, – dünyasını dəyişən şəxslərin dostu bildirir.



Mənbə: inforustavi.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google