Yanğın nəticəsində bir nəfər dünyasını dəyişib
Yaşayış evində baş vermiş yanğın nəticəsində 80 yaşlarında qadın dünyasını dəyişib – hadisə Kvareli bələdiyyəsinin Şilda kəndində baş verib.

Məlumata görə, yaşlı qadın hadisə zamanı evdə tək olub. Yayılan məlumatda qeyd olunur ki, yanğının evə odun sobasından düşdüyü ehtimal olunur.

Hadisə yerinə yanğınsöndürən xidməti və polis səfərbər edilib. Onlar yanğını söndürməyə çalışırlar.

Mənbə: inforustavi.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google