29 mart tarixində Marneuli rayonunun Kürtlər kəndində polis
karantin qaydalarını pozan 3 nəfəri cərimələyib.
Koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə hökumət
tərəfindən Marneuli və Bolnisi rayonları ciddi karantin rejiminə
keçib. Buna görə də lazım olmadığı halda əhaliyə evdən çölə çıxmaq
qadağan edilib. Vətəndaşlar isə həmin qaydanı pozaraq bir araya
toplaşıblar. Polis tərəfindən 3 nəfər kənd sakininə karantin
qaydalarını pozduğuna görə 3 min lari cərimə yazılıb. Polis
vətəndaşlara 10 gün ərzində cərimələrə görə şikayət etmək
hüquqlarının olduğunu bildirib.
Dövlət tərəfindən elan edilmiş fövqəladə rejim qaydalarının
pozulmasına görə fiziki şəxs üçün 3 min lari, hüquqi şəxs üçün isə
15 min lari cərimə nəzərdə tutulur. Pozuntunun təkrar olunduğu
halda qanun cinayət həmin şəxsin cinayət məsuliyyətinə cəlb
olunmasını nəzərdə tutur.