Gürcüstanda koronavirusa yoluxanların sayı 155 nəfərə çatıb
Gürcüstanda koronavirusa yoluxanların sayı 155 nəfərə çatdı.
Bu barədə məlumat hökumət tərəfindən yaradılmış stopcov.ge saytında
yayımlanıb.
Saytda yayımlanan məlumata görə, hazırda 5526 nəfər karantin
rejimində, 344 nəfər isə stasionar müşahidə altındadırlar.
Məlumat üçün qeyd edək ki, virusa yoluxmuş 155 nəfərdən 27 nəfəri
artıq sağalıb.