Oni meri ilə bərabər merin müavini də istefa verib
Bu gün məlum olub ki, Oni meri Emzar Sabanadze vəzifəsindən istefa verib. İstefanın səbəbi məlum deyil. O, bm.ge-nin zənglərinə cavab verməyib.

Merin mətbuat xidməti faktı təsdiq edib.

“Faktı təsdiqləyirəm, ancaq səbəbləri mənim üçün də məlum deyil”, – mətbuat xidmətinin əməkdaşı bm.ge-yə bildirib.

Daha sonra məlum olub ki, mer ilə birgə onun birinci müavini Dimitri Sakvarelidze də istefa verib.

“İmedi” kanalının məlumatına görə, onların ikisi də istefa ərizələrini 3 aprel, cümə günü yazıblar. Merin səlahiyyətlərini kimin icra edəcəyi isə hələ ki məlum deyil.

Məlumat üçün qeyd edək ki, Emzar Sabanadze Daxili İşlər nazirinin müavini Kaxa Sabanadzenin atasıdır.

Mənbə: bm.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google