Semestr itirilməyəcək – Təhsil naziri
Gürcüstanın təhsil naziri Mixeil Çxenkelinin sözlərinə görə,
2020-ci il semestri itirilməyəcək. Bu barədə nazir bu gün, 6 aprel
tarixində açıqlayıb.
"Tele-məktəbi və onlayn dərslər bu semestrin mütləq baş tutmasına
və itirilməməsinə imkan verir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Gürcüstanı
koronavirusun təhsil baxımından yaratdığı çətinliklərin öhdəsindən
gəlinməsi istiqamətində dünyanın ən yaxşı ölkələrindən biri kimi
dəyərləndirən çərçivə sənədini yayımlayıb.
Bu sənəddə Gürcüstanda Təhsil Nazirliyi tərəfindən görülən bütün
tədbirlər və xüsusilə Təhsil Nazirliyinin Gürcüstanın Birinci
Kanalı ilə birlikdə həyata keçirdiyi mühüm layihə – “Tele-məktəb”
layihəsi, layihənin hamı üçün nəzərdə tutulması, əlçatanlığı
təfərrüatları ilə izah olunub.
Bu sənəd ayrıca olaraq distant təhsil fəaliyyətlərini, xüsusilə
məktəblərin distant təhsil üçün istifadə etdiyi proqramları da
ətraflı əks etdirir”, – Mixeil Çxenkeli deyib.
Nazirin sözlərinə görə, bu mərhələdə milli imtahanların formatının
və ya tarixlərinin dəyişdirilməsi məsələsi müzakirə olunmur.