Marneuli Bələdiyyə Məclisinin
üzvləri və digər əməkdaşları üç ay ərzində maaşlarının 1/3
hissəsini StopCov fonduna köçürəcəklər.
Bu barədə bu gün, 6 aprel tarixində keçirilən iclasda Bələdiyyə
Məclisinin sədr müavini Mamuka Naveriani məlumat verib.
“Biz də “Gürcü Arzusu” partiyasının həmrəylik təşəbbüsünə
qoşuluruq. Marneuli Bələdiyyə Məclisinin sədri, sədr müavini, beş
komissiyanın sədri, üç fraksiyanın sədri, beş nəfər fraksiya
sədrlərinin müavinləri və Bələdiyyə Məclisi aparatının 37 əməkdaşı
növbəti üç ay ərzində maaşlarının 1/3 hissəsini epidemiya ilə
mübarizə fonduna köçürəcəklər. Bu təşəbbüs üçün hər kəsə təəşəkkür
edirəm”, – Mamuka Naveriani dedi.
Marneuli Bələdiyyə Məclisindən StopCov fonduna hər ay 11 000 lari
köçürüləcək.
Qeyd edək ki, Marneuli meri Zaur Darğallı da maaşının 1/3 hissəsin
StopCov fonduna köçürəcək.
Marneuli və Bolnisi bələdiyyələrində 23 mart tarixikndə ciddi
rejimli karantin elan olunub. Hökumət bu barədə qərarı Marneulidə
bir qadında koronavirus aşkarlandıqdan sonra onun yoluxma
mənbəyinin müəyyən olunmamasına görə verib.