Marneulidə fövqəladə rejimin pozulmasına görə 135 vətəndaş cərimə olunub

Bu günədək Marneulidə fövqəladə rejimin pozulmasına görə 135 vətəndaş cərimə olunub.

Bu barədə məlumatı Bələdiyyə Məclisinin bugünkü növbədənkənar iclasında məclis sədrinin müavini Mamuka Naveriani verib. O, söhbətin hansı cərimələrdən getdiyini, neçə nəfər hüquqi şəxsin, neçə nəfər fiziki şəxsin cərimələndiyini dəqiq bildirməyib. Bələdiyyə Məclisinin sədr müavini məlumatları daha sonra bizə verəcəyini vəd etdi.

Qeyd edək ki, fövqəladə vəziyyət qaydalarının pozulmasına görə fiziki şəxslər 3 000, hüquqi şəxslər isə 15 000 lari həcmində cərimə olunurlar.

Ölkə miqyasında fövqəladə vəziyyət 21 mart tarixində elan olunub.

Xatırladırıq ki, Marneuli və Bolnisi bələdiyyələrində 23 mart tarixində ciddi rejimli karantin elan olunub. Hökumət bu barədə qərarı Marneulidə bir qadında koronavirus aşkarlandıqdan sonra onun yoluxma mənbəyinin müəyyən olunmamasına görə verib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google