Fövqəladə vəziyyət müddətində çörək bahalaşmayacaq – Levan Davitaşvili
“Biz proseslərə nəzarət edirik. Tam şəkildə monitorinqlər aparılır, fövqəladə vəziyyət müddətində çörəyin bahalaşması qəti şəkildə baş verməyəcək”, – bu barədə kənd təsərrüfatı naziri Levan Davitaşvili brifinq zamanı bildirib.

Onun sözlərinə görə, dövlət un, çörək biznesinə çörəyin qiymətinin saxlanılması üçün kompensasiya təklif edir.

“Biz idxalatçılara və un istehsalçılarına elə rejim təklif edirik ki, çörəyin qiymətini saxlamaq üçün kompensasiya ala bilsinlər.

Bu gün də çörək xammalının bahalaşmaması təqdirində çörəyin qiymətinin artırılmaması ilə bağlı çörək sənayesi nümayəndələri ilə görüşümüz oldu. Fövqəladə vəziyyət şəraitində sakinlərə ərzaq baxımından ən mühüm məhsulla bağlı əlavə narahatçılıq, problem yaradılmaması çox vacibdir”
, – Kənd Təsərrüfatı naziri bildirib.
Mənbə: Publika.ge
Print